Millət vəkilindən gənc yazarlara SƏRT TƏNQİD

Millət vəkilindən gənc yazarlara SƏRT TƏNQİD
4 iyun 2014
# 09:28

"Bir qrup yazarlar var ki, sadəcə, yazı vərdişi əldə ediblər. Onların təfəkkürü yerində deyil. Onlar qısa epizodları görüb, tənqid edə bilirlər. Amma həmişə tənqidçi obrazında cəmiyyətin həyatına rasional müsbət nə isə aşılamaq çox çətindir.

Bu baxımdan, onların mövqeyində bir az özünü göstərmə meyilləri daha çoxdur. Yəni "mən fərqli düşünürəm" demək naminə yazırlar, bu da bir az süni alınır. Fərqli düşünmək yaxşı bir şeydir, amma fərqli düşünməyi ümumi dəyərlərə, mahiyyətə qarşı çevirmək yolverilməzdir".

Bu sözləri Aktual.az-a millət vəkili Fazil Mustafa, müasir yazarlar barəsində danışarkən deyib.

Millət vəkili Günel Mövludu, Seymur Baycanı oxuduğunu və onların yaxşı yazılarının olduğunu da etiraf edib:

"Amma ümumi düşüncə sisteminə görə, sanki, fərqliliyi daha çox süni şəkildə qabartmaq üçün yazırlar. Bunu da yanlış hesab edirəm. Bilirsiz, fərqli olmaq yaxşı şeydir, amma cəmiyyətin həyatı ilə bağlı daha faydalı düşüncələri də aşılamaq lazımdır. Daha çox tənqidçi obrazında qalmaq, tənqidçi obrazı ilə insanların dəyişməsinə gətirib çıxaran yazı ortaya qoymaq çox çətindir. Bu baxımdan da daha çox oxuyaraq, daha çox hazırlıqlı olaraq yazmağa girişmək lazımdır. Tək istedad yetərli deyil. Onu da qeyd edim ki, bütövlükdə, qalıcı ədəbiyyat yaratdıqlarını mən düşünmürəm.

Fazil Mustafanın fikrincə, onlar yazıçı olmaq rolunu üzərlərinə götürə bilmirlər:

"Çünki xırda məkanlarda çox qurdalanırlar, çox gəzişirlər. Yəni daha böyük bir sferaya çıxışa hazırlanmaq lazımdır. Kiçik məkanlarda hamısı var, tərcümələr edib yaxşı işlər görürlər. Məsələn, mən Rasim Qaracanın tərcümə sahəsində etdiklərini çox bəyənirəm. Günel Mövludun da çox yaxşı yazıları var. Amma özün öz dəyərlərini yaratmadan, başqa bir dəyərə hücum edəndə, onun əsaslandırılmasını düzgün şəkildə ortaya qoymalısan".

# 4326 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər