Qaynananın adı varmış - Mina Rəşidin şeirləri

Qaynananın adı varmış - <span style="color:red;">Mina Rəşidin şeirləri
24 oktyabr 2017
# 17:30

BİR CÜT QUŞ KİMİ...

Bir cüt quş kimi

İki balam var.

Səs-səsə verib

Hey oxuşurlar.

Kimsə qəlb qırır

Gülməyə qoymur.

Bu nəğmə məni

Olməyə qoymur.

Bir cüt quş kimi

Canlı bir əsər.

Adam dünyadan

Daha nə istər?!

QADIN VƏ PAYIZ

...Payızın solğun üzünə yox,

Onun rəngli dünyasına baxın....

Və ya şirniyyat bişirdikdə

Üzünə bir çimdik gülüş atın

Və bir smaylik alın cocuğunuza

Üzü gülər olsun...

GÖYQURŞAĞI QADIN

Üz-gözü boyalı-göyqurşağı qadın,

Nəsə unudulub üzündə,

Tap görüm nə?..

Eh, bilsəydin nə dərdim vardı ki...

...Üzünə baxanda buz kimi

boşluğa düşür adam...

Bu dəfə bəzənəndə üzünə bir

təbəssüm işarəsi də çəkərsənmi,

ey qadın?..

QAYNANANIN ADI VARMIŞ...

...Sən heç sevmədin o qadını

Anana bənzəyirsən eyni

Sevə bilməzsən başqalarını ...

Amma o qadın unudar olub-keçənləri,

Xəstələnəndə sənə dava-dərman alar,

Ayaqqabı, paltar alar,

Hələ sənin balalarına nələr-nələr edər...

“Nəvəsidi”- deyərsən,

Verər, yeyərsən - içərsən,

Sonra doyunca söyərsən,

Hələ ədabaz qonşu qadınlarına

Qeybətini edərsən...

Qışqırarsan, bağırarsan,

sonra deyərsən:

“Heç belə səs-küylü ailə görmədim...

Sən anamın dırnağı da ola bilməzsən...”

Onun üstünə çımxırarsan, qəzəbdən

gül kimi qızına şər atarsan...

Sonra elan verib namaz qılmağa gedərsən...

Necə dua edərsən,

Allahdan nə istərsən?..

daha onu bilmərəm...

... Amma onu bilirəm ki,

Qaynananın adı varmış...

NƏ YAXŞI Kİ...

Nə yaxşı qonaq oluruq

Çox qalmırıq dünyada.

Üstü bəzək, içi soyuq,

Ürəyi buz dünyada.

Adamlar niyə ağlayır,

Görən ondan ötəri?

Hər gün ölüb dirildiyi

Bir aləmdən ötəri.

Şənbə günü sıxılıram

Nə yaxşı ki, bazar var.

Nə yaxşı bazardan sonra

Həm həyat, həm məzar var...

PAYIZ GƏLDİ

Payız gəldi

Uzun-uzun yay günlərini haqladı

Külək gecə saat on ikiyədək

küçələrdən aravuran qadınları qovdu,

yağış nəğmə oxudu

sentyabr çiçəklərinə...

məktəb açıldı

qızım məktəbə getdi

payız yarpaqlarıtək

rəngli günlər başladı...

# 1835 dəfə oxunub

Oxşar xəbərlər

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər