Sevgi harda xırdadı? – Elvindən YENİ ŞEİRLƏR

Sevgi harda xırdadı? – Elvindən <span style="color:red;">YENİ ŞEİRLƏR
17 yanvar 2017
# 11:56

Kulis.az gənc şair Əlvin Bakiroğlunun yəni şəirlərini təqdim ədir.

1.

burda soyuqlar çevrilir mətnə

yağışlar tərcümə olunur şeirə

köhnə bir dostun yazdığı yeni şeir bağlayır insanı həyata

bir də doğulmamış körpələrin gülüşü

burda bir ömür yaşayır başqa bir ömrün tərkibində

bir qızın üzü solur bir oğlanın cibində

hər gecə düşünür ki

neçə şəkil çürüyəcək bu səvgi albomunda

bir də onun adını hansı qız yazar görən çılpaq ayaqlarıyla bir dənizin qumunda

niyə bir sevgi ömrü bir insanın ömründən daha uzun olurmuş

niyə ən böyük arzun elə arzun olurmuş

ancaq arzun olurmuş

hansı daha ağırdı

insan kimi unudulmaq yoxsa şair kimi

bir ürəyi öz evin bilib yaşamaqmı ya

öz evindən qovulmaqmı üzsüz müsafir kimi

hələ bu harasıdı

burda xatirələr əlil arabasıdı

birtəhər yaşayırsan bir tərəfindən tutub

adını deyə bilməsən də

ürəyində öpürsən baş hərfindən tutub

burda bir adam var

adını sayıqlayar deyə hamıdan sonra yatır

2.

məni tutan gic gülmək də

bir gün buraxdı getdi
hamı üçün darıxırdım
hamı darıxdı gətdi

dişimlə çəkdiyim qatarı

sürüb apardılar
bu adamlar hamısı
hamısı qatardılar

olan qalan səvgimi də

hər kəsdən qorumuşam
it kimi islanmışam
çöp kimi qurumuşam

məndə ağac qalmayıb

ta qovrulub yanası
saçları duman
gözləri odun sobası

kimsə bilmir bu mənim

ən səvimli ağrımdı
bir bədəndə
kütləvi soyqırımdı

mən elə sevirəm ki

orda sevgi xırdadı
sevgi balaca hissdi
sevgi ən axırdadı

mən sevgidən yuxarı

hisslə sevirəm səni
həm səvgini səvirəm
həm səni

3.

tapmasam da hələ xeyir
ürəyimdən bir hiss deyir
sənə yazdığım bu şeir
sənin xoşuna gələcək.

bilməzdim belə olacaq
mən ayrıyam sənsə uzaq
dünən səni sevən uşaq
otuz yaşına gələcək

dərd quşdu hər kəsə uçur
sənə də dəyər bir ucu
nə gülürsən ay oxucu
gülmə başına gələcək.

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər