Tanınmış aparıcı: “Müasiri olsam Nüsrət Kəsəmənlini sevərdim”

Tanınmış aparıcı: <span style="color:red;">“Müasiri olsam Nüsrət Kəsəmənlini sevərdim”
11 yanvar 2016
# 09:00

Kulis məşhur teleaparıcı Vüsalə Kərimova ilə kitab barədə söhbəti təqdim edir.

- Nə oxumusunuz, nə oxuyursunuz?

- Əvvəllər daha cox oxuyurdum, hətta hər gecə kitab oxumasam gözümə yuxu getməzdi. Elə vaxt olurdu ki oxuduğum əsər o qədər maraqlı, bitirmədən yatmırdım. Nəticədə səhəri oyaq acırdım. Amma son vaxtlar çox az, həddindən artıq az vaxt ayırıram mütaliəyə. Bu da, elə bilirəm, maraqlı əsərlərin çap edilməməsindəndir. Əksər yazarlar əsərlərini internet vasitəsilə yaymağa ustunluk verir. Amma mən internetdə oxuduğum əsərdən kitabda oxuduğum qədər həzz ala bilmirəm. Ən son Cəlil Cavanşirin “Qadın corabları” kitabını və Muşfiq Xanın “Tənha canavar” əsərini oxumuşam.

- Sizcə aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Mənim fikrimcə aparıcının ədəbi savadı güclü olmalıdır ki, müsahibi ilə danışarkən gözlərini döyüb baxmasın. Hardan, nə danışdığını bilsin. Əgər bir aparıcının ədəbi savadı yoxdursa o, ümumiyyətlə aparıcı deyil, diktordur. Diktorluğu da bacarmaq üçün ən azından kitab oxumaq lazımdır ki, nitq təmiz olsun

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılıral sözü vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Məşhurların mütaliə etməməsi cəmiyyət üçün bir başqa problemdir. Mən əsasən aparıcılar haqda deyə bilərəm. Vurğunu düz deməyən aparıcıya irad tutanda səni borclu çıxarır. Səbəb həmin aparıcıların əziyyət çəkməməsi, oxumamamı, mütaliə edərkən Axundov kitabxanasında ciyərlərinə soyuq dəyməməsidir. Əgər elə olsaydı bu gün bütün aparıcılarımızın ağzından dürr tökülərdi. Hesab edirəm ki, hər bir aparıcı özü öz üzərində işləməlidir. Ən azından müzakirə etdiyi mövzudan kənar qalmamaq üçün... Bilməmək eyib deyil, öyrənməmək, hətta müsahibinin üzünə gözünü döyüb baxmaq, mövzunu dəyişməyə çalışmaq eyibdir.

- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?

- Bizdə də mütaliə edən aparıcılar yox deyil. Var. Amma o təbəqə çox azdı, hətta əksəriyyəti efirdən uzaqlaşıb. Efirdə olanların əksəriyyəti isə nə danışacam deyil, necə görünəcəm deyə düşünür.

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...

- Kitab mədəniyyətini formalaşdırmaq üçün fikrimcə, kitab mağazaları çoxalmalıdır, elə sovet dövründə olduğu kimi, Çin mallarının satıldığı mağazaları kitab mağazaları ilə əvəzləsək, düzələr. Amma kitaba olan hörmət, istək məncə, ailədən formalaşmalıdır. Məsələn, mən tələbə vaxtı kitab mağazasına girəndə ən az 10 kitab alırdım. Oxuyurdum, sonra da kim istəsə verirdim ona. O zaman addımbaşı kitab mağazaları var idi, insanı çəkirdi. İndi nə rast oluram, nə də alıram.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...

- Yazıram əlbəttə. Deyir, Azəri xalqının oğluyam mən də, az-az uydururam yeri gələndə... (gülür). Məktub, status, sms həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hekayə yazmağı sevirəm. Şer yaza bilmirəm. Məncə şeir yazmaq hər adama nəsib olmur. Şer yazmaq xüsusi istedaddır. O da məndə yoxdur.

- Yeni mahnıların sözləri sizi qane edirmi?

- Yeni mahnıların sözləri hamısı yox, amma qane edənlər var. Məsələn, Baba Vəziroğlunun yazdığı şerlərdə sözlər çox dərin və düşündürücüdür. Hətta elə olub ki, öncə başa düşməmişəm bir də qulaq asmışam.

- Şeir əzbərləyirsiniz heç?

- Əvvəllər daha çox şer əzbərləyirdim. Orta məktəbdə oxuyanda bədii qiraətçi idim. Rayon müsabiqələrində çıxış edirdim. Daha çox Bəxtiyar Vahabzadə, Səməd Vurğun və Nüsrət Kəsəmənlidən əzbərləyirdim. İndi yox. Daha o qədər romantik ola bilmirəm (gülür).

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Sevdiyim şerlər daha çox Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Baba Vəziroğlu və gənc yazar Azər Şirinin şerləridir. Amma adları yadımda qalmayan, sosial şəbəkələrdə rastlaşdığım şerlər də olur. Oxuyuram, bəyənirəm. Yazar isə hesab edirəm ki, Çingiz Abdullayevdən yoxdur. Gənc yazarları da oxuyuram vaxtım olduqca, heç kim inciməsin, nə isə mənə elə gəlir ki, o vaxtın yazarları kimi yazan yoxdu. Bəlkə də var mən rast olmamışam. Ən çox sevdiyim şair Nüsrət Kəsəmənli olub. Bəlkə də onun müasiri olub, eyni ortamı paylaşsaydım hətta sevərdim də. Nüsrət Kəsəmənli yeganə Azərbaycan şairidir ki, bütün kitablarını oxumuşam.

- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?

- Dostoyevskinin oxuduğum bütün əsərləri, Rəşad Nuri Güntəkinin əsərləri... Orta məktəbdə və tələbəlik vaxtı daha çox oxuyurdum dünya ədəbiyyatını. İndi elə də xatırlamıram.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Şərif Ağayarı, Müşfiq Xanı, Cəlil Cavanşiri, Şəhriyar Del Geraini və bir çoxlarını.

- Svetlana Alkseyeviçi tanıyırsan?

- Əlbəttə tanıyıram. Səhv etmirəmsə ötən il Nobel mükafatı alıb. O vaxtı bir əsərini oxumuşdum: “Çernobldan səslər”.

- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?

- Çox çiddi problemdir. Gəldik yenə ailə məsələsinin üstünə. Məsələn, mənim evdə 16 yaşında oğlum var. Mən ona təkcə dərslik almıram. Eyni zamanda Azərbaycanın tarixindən tutmuş, digər maraqlı əsərlərə kimi qarşıma çıxdıqca alıram ki, ən az mən oxuduqlarımı oxusun. Məncə, hər bir valideyn bunu etsə, heç olmasa gələcəyimiz normal olar. Mən edirəm, çünki, mənim valideynlərim də bunu edib. Hətta bu gün belə anamın gözləri zəif görsə də oxuduğum hansısa kitabı gözləyir ki, mən bitirim o oxusun.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Qurani oxuyuram hazırda. Bir dəfə oxumuşam radioda işlədiyim vaxtlarda. Amma indi də başlamışam yarıdayam.

- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?

- Onu deyərdim ki, oxumaq heç vaxt gec deyil. Zatən, ədəbi biliyi olan hər zaman gözəl görünəcək. Çünki başını dik tutacaq savadı var.

# 778 dəfə oxunub

Oxşar xəbərlər

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #