Seymur Baycandan Mir Şahinə SƏRT SÖZLƏR

Seymur Baycandan Mir Şahinə SƏRT SÖZLƏR
23 iyun 2014
# 13:32

“Mir Şahin paxıl adamdı. O, ədəbiyyatdakı yeni imzaları həzm edə bilmir. Paxıllıq bu adamın həyatını cəhənnəmə döndərib. Onun söz oyunları, ədəbi informasiyaları çox köhnəlib. Üstəlik onun bədii təfəkkürü çox aqrardı.” Bu fikirləri yazıçı Seymur Baycan ötən gün “Hesabat” verilişində gedən süjetə cavab olaraq səsləndirib.

Kulis.Aza danışan yazıçı deyib ki, Mir Şahinin saxta monoloqları yalınız savadsız adamlarda maraq doğura bilər. Bu baxımdan onun yeni ədəbiyyata, yeni imzalara qarşı nifrətini başa düşmək olar.

Seymur Baycan Mirşahini meyxananı tirajlamaqda da ittiham edib: “Üzünə ciddi ifadə verib əslində cəfəngiyat danışan bu adam meyxananın Azərbaycanda virus kimi yayılmasında müstəsna rol oynayıb. Meyxananı təbliğ edib sonra ciddi əsər axtarmaq saxtakarlıq göstəricisidi. Meyxanaya qoyulan maya, sərmayə bədii ədəbiyyata qoyulsaydı o zaman Mirşahin ciddi əsər axtarmaqda özündə mənəvi haqq tapa bilərdi. Ümumiyyətlə bu adam yeni ədəbiyyata və yeni imzalara qarşı hər bir fürsətdə öz nifrətini nümayiş etdirir. Burda heç bir sifariş məqsədi filan yoxdu. Bu sırf Mirşahinin içindəki qurdlarıdı ki, zaman-zaman tərpənərək süjetlərə və monoloqlara çevrilir.

O, görür ki, ədəbiyyatda yeni imzalar var. Bu imzalar oxunur. Bunu görmək Mirşahin üçün çox dözülməzdir. O, bu yeni imzaların uğuruna heç cürə dözə bilmir. Çünki özünün köhnəldiyinin fərqindədi. Üstəlik gənc yazarlarla müqayisədə özünün nə qədər savadsız olduğunu da hiss etməkdədi. Bu da onun üçün növbəti bir işgəncə mənbəyidir.”

# 8943 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər