Məqsəd Nurun "Şəhər meri" romanı Rusiyada dərc olunub

Məqsəd Nurun "Şəhər meri" romanı Rusiyada dərc olunub
4 iyul 2014
# 11:19

Tanınmış yazıçı Məqsəd Nurun "Şəhər meri" romanının böyük bir fraqmenti (Udqunçu) "Nezavisimaya qazeta"nın (Rusiya) "EXLİBRİS" ədəbiyyat əlavəsində dərc olunub.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu APA-ya bildirib ki, əsər Roman Ağayevin tərcüməsində işıq üzü görüb (http://www.ng.ru/ng_exlibris/2014-07-03/5_major.html).

Onun sözlərinə görə, Məqsəd Nur yeni dövrdə ilk Azərbaycan yazıçısıdır ki, əsəri belə nüfuzlu nəşrdə dərc olunur: “Bizim gələcək fəaliyyətimizdə bu əsərin bir çox dillərə tərcüməsi və nəşrinə kömək etmək, bununla da Azərbaycan ədəbiyyatının populyarlaşdırılmasına xidmət etmək məqsədi durur. "Şəhər meri" ötən aylarda Gürcüstanın nüfuzlu ədəbiyyat nəşrlərində çap olunmuşdu və yüksək rəylər alıb. İnanıram ki, bu belə də davam edəcək. Ümumiyyətlə, təkcə Məqsəd Nur deyil, bir çox cavan və orta nəsli təmsil edən yazıçılarımız var ki, onların əsərləri dünya çapındadır. Həmin əsərləri və müəllifləri mütləq tanıtmaq lazımdır. Məsələn, Mübariz Cəfərli. Biz bütün bunlar haqqında düşünürük. İnanıram ki, bir çox işlər görəcəyik”.

# 2378 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər