“Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb

“Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb
4 sentyabr 2019
# 11:55

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Yazıçılar Birliyi, Prezident Administrasiyası və Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Asiya Yazıçılarının I Forumu” öz işinə başlayıb.

Forumda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev təmsil edir.

İlk dəfə keçirilən forum Asiya ölkələri yazarları arasında əməkdaşlığı inkişaf etdirmək, ədəbi proseslərin inkişafı ilə təcrübə mübadiləsi və Asiya ədəbiyyatının gələcəyinə dair problemlərin həllini araşdırmaq məqsədi daşıyır.

Forumda çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiya yazıçılarının ortaq elektron kitabxanasını yaratmağı və "Böyük Asiya" beynəlxalq ədəbi mükafatının təsis edilməsini təklif edib.

“Müasir Asiya sivilizasiyasının ədəbi mənzərəsi” plenar iclasında çıxış edən Xalq yazıçısı Anar, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərinin tarixi köklərə bağlandığını, dilimizin və dinimizin ümumi dəyərləri, müasir dövrdə iki ölkə arasında əlaqələrin daha da genişləndiyini bildirib. Azərbaycan Yazıçılar Birliyinin sədri bu münasibətlərin təməlinin ulu öndər Heydər Əliyev və Qazaxıstanın Birinci prezidenti Nursultan Nazarbayaev tərəfindən qoyulduğunu vurğulayıb.

Forumunda 80-ə yaxın şair-yazıçı ilə yanaşı, ədəbi mükafat laureatı və tanınmış qələm adamları iştirak edir.

Forum çərçivəsində təşkil edilən “Asiya ölkələri ədəbiyyatının şah əsərləri" kitab sərgisində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Səməd Vurğu, Yusif Vəzir Cəmənzəminli və İsi Məlikzadənin seçilmiş əsərləri nümayiş olunur.

Foruma sentyabrın 6-da yekun vurulacaq. /azertag.az/

# 2784 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər