Ən yaxşı roman mükafatı koreyalı qadına verildi

Ən yaxşı roman mükafatı koreyalı qadına verildi
17 may 2016
# 12:49

İnsan qəddarlığına etiraz olaraq ət yeməkdən imtina edən qadın haqda "Vegetarian" romanı 2016-cı ilin "Man Booker" Beynəlxalq Kitab Mükafatını qazandı.

50 min funt sterlinqlik (73 min ABŞ dolları) mükafatı romanın müəllifi koreyalı Han Kang qaydaya görə, kitabı ingilis dilinə çevirmiş britaniyalı tərcüməçiDeborah Smith ilə bölüşür.

Londonda təqdim olunan mükafatın münsiflərdən biri Boyd Tonkin deyib ki, Cənubi Koreyada doğulmuş müəllif Han Kang'ın romanı "unudulmaz və orijinal" idi.

Bu il mükafatın uzun siyahısında 12, qısa siyahısındaOrhan Pamuk, Elena Ferrante, Angolan Wordsmith Jose Eduardo Agualusa, Yan Lianke, Robert Seethaler kimi tanınmış müəlliflərin son romanları vardı.

Bədii tərcümə üzrə də ən böyük mükafat sayılan Man Booker-i qazanan "Vegetarian" romanının tərcüməçisi Deborah Smith isə deyib ki, Koreya dilini 21 yaşında öyrənməyə başlayıb, məhz bu dili ona görə seçib ki, ingilis-koreya dili tərcüməçisi qıtlığı varmış."O zamana qədər Koreya mədəniyyəti və adamlarıyla heç bir kontaktım olmamışdı".

"Vegetarian" romanı Cənubi Koreyada bir universitetdə yazıçılıqdan (Creative Writing) dərs deyən Han Kang'ın ingilis dilinə tərcümə edilən ilk romanıdır. O, bundan əvvəl daha bir roman (Human Acts) yazıb. Xanım Kang nüfuzlu mükafatı alan ilk koreyalıdır. /oxu zalı/

# 2131 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər