Ana haqqında GÖZƏL BİR ŞEİR

Ana haqqında <span style="color:red;">GÖZƏL BİR ŞEİR
4 fevral 2018
# 14:03

Kulis.az “Bazar oxusu” layihəsindən Şahmar Əkbərzadənin “48 ölçülü qadın paltarı” şeirini təqdim edir.

Geyimlər görəndə ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim

48 ölçüdə paltar geyərdin,
Kəsər şaxta məni, döyər qar məni.
48 ölçüyə çevrilib dərdin
Vitrindən boylanıb yandırar məni.

İmkanım hər dəfə imkansızlaşar
Baxar 48-lər arxamca dəst-dəst.
Hamısı əyninə gözəl yaraşar
Niyə birini də alammıram bəs?

Qalıb gözlərimdə murazım mənim
Təsəllim bir şirin gümana qalıb.
Sevinmək qismətim qızım Zöhrənin
Ölçüsü 48 olana qalıb.

Düşər boy-buxunun yadıma hər gün
Boyun gedər-gəlməz yolçusu olub.
Gör neçə ildir ki, əyin-baş ölçün
Dönüb həstərimin ölçüsü olub.

Yazbaşı qar yağar ilk nübarıma,
Mən səni yazbaşı itirdim, ana.
Əyin-başın üçün yığdıqlarımla
Səni son mənzilə ötürdüm, ana.

O vaxtdan payım nə, töhfələrim nə?
Oğul yox, ürəyi daş olmuşam mən!
Paltar əvəzinə, sənin əyninə
48 ölçüdə daş almışam mən.

48 ölçüdə görsəm hər nəyi,
Nəbzim 48-ə enər anbaan.
Uçunub yerindən qopar ürəyim
Sürünər müqəddəs torpağınacan.

48 ölüçülü qadın paltarı
Tüstümü təpəmdən qalxızar göyə.
Gələrəm, üstündə bitən otları
Gözümün yaşıyla əmizdirməyə.

Geyimlər-keçimlər gəlməz eyninə,
Biganə qalmısan, ana hər şeyə.
Vətən torpağını geyib əyninə
Çoxdan qovuşmusan ölçüsüzlüyə.

Geyimlər görəndə, ana, hər dönə
48 ölçüdə qalar gözlərim,
Cibim pullarımın qəbrinə dönər
Titrəyər dizlərim, dolar gözlərim…

Digər şeirlər:

Nəriman Həsənzadə “Nə qəribədir”

Zəlimxan Yqub “Yavaş yeri”

Əlisəmid Kür “Kentavr”

Vaqif Bayatlı “Qardaşım ağaclar”

Salam Sarvan “Bağışla, otağim tör-toküntüdü”

Musa Yaqub “Taleyin qisməti”

Ramiz Rövşən “Ayrılıq”

Səməd Vurğun “Mən tələsmirəm...”

Vaqif Səmədoğlu “Əlin sınaydı sanitar”

Ələkbər Salahzadə “Bir də gördün”

Məmməd Rahim “Saldı qara gözlərin”

Bəxtiyar Vahabzadə “Bir salama dəymədi”

Vaqif Bayatlı Odər “Ölümdən sonra başlar şair ömrü”

Eldar Baxış "Gecənin bir aləmi"

Murad Köhnəqla “Dərdalgin”

Şaiq Vəli “Meyxanəçi”

Aqşin Yenisey “Kənd”

Əli Kərim "Atamın xatirəsi"

Tofiq Bayramın “Ay gecikən məhəbbətim”

Ramiz Rövşənin Məhəmməd Hadiyə həsr etdiyi şeir

Rasim Qaraca. "Əgər ən yaxın dostun"

Əlizadə Nuri. "Ana"

Vaqif Səmədoğlu. "Sevgilim mən öləndə"

Xanəmir. "Uşaq qəbri"

Məmməd Araz. Ana yurdum, hər daşına üz qoyum

Əli Kərim “...xatirəsinə”

# 7328 dəfə oxunub

Oxşar xəbərlər

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər