Əjdər Olun rusca hekayələr kitabı nəşr olunub

Əjdər Olun rusca hekayələr kitabı nəşr olunub
10 iyun 2016
# 11:28

Bu günlərdə “Nurlar” nəşriyyatında tanınmış şair və nasir Əjdər Olun rusca “Tabaçnaya qavan” (Tütün limanı) adlı hekayələr kitabı nəşr olunub. Bu, Ə.Olun ölkəmizdə rus dilində işıq üzü görən sayca ikinci kitabıdır.

Öncəki nəşr “Jivu v buduşem” adlanan seçmə şeirlər toplusu olub.

On beş hekayənin toplandığı yeni kitabda mətnlər tərcüməçilər üzrə qruplaşdırılaraq, oxuculara təqdim olunubdur. Tanınmış tərcüməçilər Siyavuş Məmmədzadə (“Qəzənfər müəllimin Şuşaya yürüşü”, “Cehiz”, “Eynək”), Nadir Ağasıyev (“Səhra komandirinin meymunu”, “Tütün limanı”, “Rafiq Tağı ki Rafiq Tağı...”, “Kür Əlisəmid”, “Namiq Abdullayevin axırı”, “Qrafoman”) və Nicat Məmmədov (“Börüsoy”, “Ölümlə zarafat”, “Usta Yusifin kamançası”, “Fa...”, “Qatillə görüş”, “Şər Nizi”) yazarın hekayələrini milli koloritini, dadını-duzunu qorumaqla rus dilinə çeviriblər. Kitabın tərtibatında Azərbaycanın xalq rəssamı Fərhad Xəlilovun, Asif Azərellinin və Vüqar Əlinin rəsm əsərlərindən istifadə olunub. Kitabın redaktoru şair-tərcüməçi Azad Yaşardır.

Xatırladaq ki, Əjdər Ol müxtəlif janrlardakı otuzdan çox kitabın müəllifidir. İndiyədək onun kitabları Türkiyədə, Polşada, İranda, Gürcüstanda, Almaniyada və Rusiyada çap olunub. Dramaturgiya sahəsində də qələmini sınayan Ə.Olun “Molla Nəsrəddin və Əmir Teymurun filləri” (2005) və “Son məktub” (2007) pyesləri müvafiq olaraq Gənc Tamaşaçılar Teatrında və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə həyatı qazanmışdır. Yazarın “Usta Yusifin kamançası” və “Qədir” hekayələri əsasında “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “Debüt” studiyasında qısametrajlı bədii filmlər çəkilmişdir.

Əjdər Ol Milli Kitab Mükafatının (2010), “Qızıl Kəlmə” ədəbi mükafatının (2011) və “Mahmud Kaşqari adına Beynəlxalq Hekayə Müsabiqəsinin (2012) laureatıdır.

# 1767 dəfə oxunub

Oxşar xəbərlər

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

"Eyni aqibət Mehdini də gözləyir!" - Hekayə müzakirəsi

12:00 24 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər