Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq

Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq
4 may 2016
# 15:21

Xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib. Onun sözlərinə görə, S. Tahirlə vida mərasimi mayın 5-də saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.

Qeyd edək ki, S. Tahir bu gün dünyasını dəyişib. Uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.

Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində doğulub.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada M. Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriachiqlama vermediyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

# 2501 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər