Şərif Ağayara “Rafiq Tağı mükafatı” verildi - FOTO

Şərif Ağayara “Rafiq Tağı mükafatı” verildi - <span style="color:red;">FOTO
23 noyabr 2015
# 15:29

Bu gün mərhum yazıçı Rafiq Tağının anım günüdür.

Kulisin məlumatına görə, faciəli vəfatının 4-cü ildönümündə tanınmış yazarlar, media nümayəndələri, oxucular yazıçının məzarını ziyarət ediblər. Tədbirdə şair Rasim Qaraca, jurnalistlər Əvəz Zeynallı, Rövşən Hacıyev, yazıçı Azad Qaradərəli və digərləri çıxış edərək Rafiq Tağının nəsr və publisistika yaradıcılığından söz açıblar, onun Azərbaycan maarifçiliyindəki yerini dəyərləndiriblər.

Daha sonra “Dalğa” Gənclər Təşkilatının həmtəsisçisi Ramin Hacılı çıxış edərək təşkilatın ənənəvi “Rafiq Tağı mükafatı”nı sahiblərinə təqdim edib. Lauretlar arasında Kulisin redaktoru, yazar Şərif Ağayar da var. Mükafat ona maarifçi fəaliyyəti və son birildəki fəal yaradıcılığına görə verilib. Qalan iki mükafat isə yazıçı Nərmin Kamal və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluna verilib.

Tədbirin sonunda R.Tağının ailə üzvləri ziyarətə gələn insanlara minnətdarlıq ediblər.

# 3486 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər