Bədənin yadında saxlasa məni – Qısa Şeirlər

Bədənin yadında saxlasa məni – Qısa Şeirlər
14 iyun 2019
# 15:38

Kulis.az İmir Məmmədlinin yeni şeirlərini təqdim edir.

Anamın heykəli

Qəbrinin üstündə incə bir lalə -

Anama gül heykəl qoyubdur bahar.

Elə bil, qəflətən - ay ana! - desəm,

Bu çiçək çevrilib üzümə baxar.

Yaxşıki

Yaxşı ki, ürəyim

O gecə sənin yanında qaldı,

Şıdırğı yağış yağırdı çöldə,

İslana bilərdi mənimtək o da.

Gölməçədəki günəş

Adi bir gündü,

Duru gölməçədən göyə zillənən

Göydəki gündü.

Darvaza

Elə cırıldayır paslı darvaza,

Elə bil, gələnə xoş gəldin deyir.

Gedəndə həmin səsi sanki dəyişir,

Bəlkə də yaxşı yol deyir darvaza.

Dumanlı hava

Nə bir o qədər soyuqdu,

Nə də sən deyən isti,

ətrafı çəntək bürüyüb

içimdən qalxan tüstü.

Ağa bax, lap ağ eləyib, -

Yoxdur şairin büstü.

Orası var ki, dumanda

Ağ yalan belə düzdü...

Dağlar

Mən sizə vurğunam, ey uca dağlar,

Bəlkə də mənim məhəbbətimdir

Sizi bu qədər gözlləşdirən...

***

Sərçənin önünə tökərsən dəni,

Dadanar yemə...

Qəlbindən daha çox

Bədənin yadında saxlasa məni,

Sevirəm demə...

İlk baharın hiyləsi

Bağına zoğallar, əriklər əkib

Cavanlıq çağında aldanmış qarı,

Düşünür, aldada bilməsin təki

Mart asan süyülən bu ağacları...

Lal əhvalatlar

İnsanın başına min bir iş gəlir,

Amma həmin işlər olanda laldı.

İnsansa hər şeyi sözə çevirir.

O danışdıqca

Dil açır həmin o dilsiz olaylar,

Əhvalat olur.

***

Qaxılıb qalma,

Sən özün özünü tərk elə hərdən,

Başını qaldır,

Buludların arasından çıxmağa çalışan

Günəşə boylan...

Şükür

Şükür yaradana, şükür Allaha,

Dost unutsa da,

Düşmənin yadından çıxmıram hələ,

Mövcudluğumu

Unudanların yadına salır.

***

Gördün kövrəlmisən,

İçindən dəli bir hönkürtü gəlir,

Ağlama!

Məni yanına çağır,

Əgər güldürə bilməsəm o an,

Oturub ağlayaram səninlə birgə.

Məsafə

Məsafə nədir,

Səni məndən uzaqlaşdıran,

Yoxsa

Məni sənə yaxınlaşdıran yol?

***

Adi həqiqəti sözlə deyərlər,

Böyük həqiqəti - dərin sükutla.

Image result for imir məmmədli

# 3638 dəfə oxunub

Oxşar xəbərlər

İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər