Yazarın mətn üzərində qorxaqlığı və “5.45”

Yazarın mətn üzərində qorxaqlığı və “5.45”
28 mart 2016
# 16:47

Müşfiq XANın “5.45” hekayələr kitabı haqqında

İlk hekayə çağdaş Azərbaycan ədəbiyyatının bu üslubda (real cizgisində) ən maraqlı hekayələrindən biridir. Klassikadır.

Bütün hekayələrdə yaddaşın rolu – xatırlamalar, əksəriyyətində lap geriyə dönüb uşaqlıq illərinin şüuraltı olumlu hadisələrini yazılaşdırmaq var. Gözəldir.

Dil bütün hekayələrdə eyni təhkiyə üslubuyla müşayiət olunur. Konkretlik və yığcamlıq bütün hekayələrə şamil edildiyindən, üslub kimi yazarı qurtarır.

Təhkiyə hər bir hekayədə bir süjetli əsərin diktəsi və davamı kimi səslənir. Kitab fərqli hekayə və mövzulara həsr edilsə də, bütöv bir roman təsiri də bağışlayır. Hardasa, “Dublinlər”in (Coysvari)... kitab variantı daha çox qabarıqdır.

İlk hekayədə olduğu kimi, son 3-4 hekayələrdə də bitkinlik, oxucuya yer buraxmamaq kimi yazar təcrübəsi mətnlərə hakimdir. Ortadakı bir çox hekayələrdə oxucunu sanki “burda bitməməsi gərəkirdi” kimi, düşüncəyə sövq edə bilər. Ancaq yazarı, onun təcrübəsini nəzərə aldığınızda, yazarın digər əsərləriylə tanış olmuş oxucuya məlum olacaq ki, “bilməmək”, “gücü yetməmək” kimi lafların nişangahı deyil yazar.

Təhsil Nazirliyinin yerinə olsaydım, bu kitabdakı əksər hekayələri ədəbiyyat dərsliklərimizə salar, ya da sinifdənxaric oxu kimi tanıdardım. Mənə elə gəlir, yazar həyatının bəlli bir dönəmindəki yaşantısını səmimi xatırlamağı bacardığı və bu xatirələrini xatirə olmaqdan çıxarıb yazı məlzəməsinə çevirdiyindən, gənclik üçün oxunaqlı kitabdır bu kitab.

Məncə bu kitabdakı hekayələri bir əsər, bir mətn kimi yazarın monoloqu da adlandırmaq mümkündür.

Hər hekayədə yaşadığımız son 20 ilə yaxın bir dönəmin ictimai-siyasi-sosial-mədəni sorunları incə təvazöylə üzümüzdə şillə kimi açılır.

“Çayxana gündəlikləri” və “5.45” hekayəsi çox xoşuma gəldi. Ümumiyyətlə, müəllifin bəzi hekayələrində eksperiment xarakterli gedişatlar etməyi daha çox xoşuma gəldi. Məncə, o eksperimentləri davam etdirmək lazımdır.

Çünki Müşfiq XANın yazı üslubunda bu alınır. Ümumiyyətlə, bu gün bizdə çatışmayan bir cəhət varsa, o da yazarın mətn üzərində qorxaqlığıdır: eksperimentdən uzaq qaçmasıdır.

7.jpg görüntüleniyor7.jpg görüntüleniyor7.jpg görüntüleniyor

# 1622 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər