Vərəm xəstəsinə bədənini satan kürən fahişə-ŞEİRLƏR

Vərəm xəstəsinə bədənini satan kürən fahişə-<span style="color:red;">ŞEİRLƏR
2 dekabr 2014
# 08:30

Kulis.Az Könül Həsənqulunun yeni şeirlərini təqdim edir.

Qlobusun gözyaşları

Əlimdə tutduğum qlobusu ədayla

Fırladıram

Sağ barmağımın ucunda

Bir andaca döndərirəm geriyə

Tarixin başını sürətlə

1930-cu illərə

Gicəlləndimi

İkinci

Dünya Müharibəsindən geri?!

Ehmalca

Sol barmağımın ucuyla

Toxunuram

Qranada bağlarına...

1936-cı ilində

Tuturam dünyanı

Ovuclarımın içində

Tüpürürəm bütün əlisilahlı

Frankistlərin üstünə

Vahidin qan-qırmızı

Tüpürcəyiylə!

Sol əlimlə əzirəm o qoyun qığını

Lorkanı

Güllələdikləri yerdə

Sonra

Bir böcək əzmiş kimi

Durub silirəm əllərimi

Daha sonra

Vahidin dodağındakı qanı

Alnındakı

Soyuq təri

Və uzadıb bir əlimi Şuşaya

Yelləyirəm iki yaşlı

Atamın taxta beşiyini

“Laylaa... Ata, laylaaaa.......”

Ondan da sonra bütövlükdə

Çaxıb əlimdən dünyanı

Döşəmənin üstünə

Qarışdırıram suyla-torpağı

Bir də

Sıxıb dünyanın gicəllənən başını

Sol qoltuğuma

Sürütləyirəm onu 1936-cı

Avqust günəşinin altına

Mən ovuclarımla

Əzirəm dünyanın gicgahını

Qoy şairlərə açılası

Güllələr qalsınnnnnnnnn

Silahınnnnnnn

Bağazınnnda

Qoy udqunsun o silah!

Qoy udsun güllələrini frankist udlağıyla!

Qoy onların da parçalansın içalatı –

İçiiiiiiiiiiiiiiiiiii

Atııııııııı

Qoy öpsün onların da

Dodaqlarını

Vahidin qanı

Sıxın dünyanın gicgahını!

İçin dörd nəhəng suları!

Sonda

Ağlayın o suları

Günəşin altında

Qupquru Qranada torpağına –

Lorkanın “məzarına”

Ağlayın

Qlobusun

Gözyaşlarıyla

Ab imo pectore![1]

Tanrıya ithafən...

Uşaq əmizdirir on yaş kiçiyim

Küçə daşının üstdə

Üşüyə-üşüyə

Mən

Masterin barmaqlarından öpürəm!

Xəritə kimi satır bədənini kürən fahişə

Hər gecə

Vərəm xəstəsinə

Mən

Masterin barmaqlarından öpürəm!

Girov qoyur ömrünü yaşıdım

Bir halqa üzüyə

Məbəddə kəbin vədiylə

Mən

Masterin barmaqlarından öpürəm!

Çözülməz ip dolandı bu vaxt göyərçin ayaqlarına

Bax –

Buğda dənlədiyi yerdə

Mən

Masterin barmaqlarından öpürəm!

Küçük ulayır yetimliyinə bu gecənin içində

Bir ağız sümük

Bir əl sığal naminə

Mən

Masterin barmaqlarından öpürəm!

Ay yuvarlanır xəstəxana damının arxasına

Qan-qırmızı!

Asta-asta...

Mən

Masterin barmaqlarından öpürəm!

Öldü qadın doğuş üstə! Qucaq üçün ağlayır körpə

Çarpazlayıb

Boş qollarımı sinəmə –

Mən

Masterin barmaqlarından öpürəm!

Sümüyünəcən qaşıyır alnını bir bəndə

Silərək alın yazısını

Qan içində

Mən

Masterin barmaqlarından öpürəm!

Küləklər söndürür qaladığım ocağı hər dəfə

Süpürüb ocaqdan

Külü səssizcə

Mən

Masterin barmaqlarından öpürəm!

[1] Lat. Ab İmo Pectore – səmimi qəlbdən

2013 təqvimi

Dostum Əsəd Qaraqaplanla söhbət

Dalıb fikirlərə təqvim önündə,

Saymıram günləri ayları daha.

Unutmuram südü ocaq üstündə,

Çayı boşaltmıram dolu qazana.

Divardan endirdim köhnə təqvimi,

Ən əziz dost kimi sıxdım bağrıma.

Endi ağrılar da... Təqvim günləri

Anasız pişiktək doldu qoynuma.

Pozulmaz mətbəxin sahmanı indi,

Nə süd axar oda, nə çay – qazana.

Bircə atammıram köhnə təqvimi,

Sığınıb Kafkaya taxta dolabda...

Bir ovuc buğda

Ah, daha şeirlər yazılmaz mənə,

Öpməz məktubları dodaqlarım da.

Dayanıb qovağın altında yenə

Silmərəm gözümü dost dəsmalına.

Yandı o məktublar odun içində.

Gör neçə arzular, şeirlər yandı.

Sınmış pəncərəmə qondu bir sərçə,

Gözündə bir ovuc buğda sevdası.

O baxışlar tanış gəlirdi mənə,

“Bir ovuc sevgi ver, bir ovuc buğda...”

Dönübdür o misra – bir ovuc külə,

Misradan boylanan o baxışlar da.

# 4090 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

13:43 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər