“Cəngi” qrupu Parisdə uğurla çıxış edib

“Cəngi” qrupu Parisdə uğurla çıxış edib
30 noyabr 2017
# 10:07

“Cəngi” qrupu Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Parisdə xarici ölkələrin mədəniyyət mərkəzlərinin forumunun 15-ci “Jazzycolors” caz festivalında iştirak edib.

Konsertdən əvvəl səfirliyimizin siyasi işlər üzrə müşaviri Nigar Hüseynova “Cəngi” qrupunu təqdim edərək, Azərbaycan caz musiqisi haqqında məlumat verib.

Bildirib ki, caz musiqisi ölkəmizdə populyardır. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi muğam musiqisi ilə birləşərək, son dərəcə yüksək improvizasiyalarla dolu caz-muğamı yaradılıb.

Keçən əsrin 60-cı illərində Vaqif Mustafazadə caz - ritmik musiqisi ilə muğam - həzin musiqisinin sintezindən yeni “caz-muğam”ın əsasını qoyub. 1990-cı illərdə caz musiqiçisi Rafiq Babayev etno-caz “Cəngi” qrupuna yeni həyat verib, 2002-ci ildən qrup Azərbaycan Əməkdar Artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir.

Sonra “Cəngi” qrupunun üzvləri Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri), Ruslan Hüseynov (bas gitara) və Vasif Hüseynli (piano) Azərbaycan və Fransa bəstəkarlarının musiqilərini səsləndiriblər. “Mahur”, “Çahargah”, “Sirli gecə”, “Mən səni araram” musiqiləri tamaşaçıların alqışları ilə qarşılanıb.

Goethe İnstitutunda səfirliyimizin mədəniyyət işləri üzrə attaşesi Günay Axundovanın təşkilatçılığı ilə keçirilən konsertdə kollektivin festival üçün etno-caz musiqisi üzrə proqramı cazsevərlərin zövqünü oxşayıb.

Parisdə Slovakiya Mədəniyyət Mərkəzinin direktoru Daniel Jurkoviç “Cəngi” qrupunu 3 il əvvəl “Jazzycolors” festivalı çərçivəsində dinlədiyini və həmin vaxtdan da qrupun ifasına heyran olduğunu deyib. “Bu müddət ərazində qrup yüksək səviyyə əldə edib. Tarzən Mircavid Cəfərov gənc olmasına baxmayaraq, bu müddət ərzində keçdiyi karyera yolu qibtə oyadır. Qısa müddət ərzində o, yüksək zirvələr fəth edib. Onun ifasını çox bəyəndim. Tar və ud musiqi alətlərinin səsinə isə valeh oldum”, - deyə Slovakiya Mədəniyyət Mərkəzinin direktoru bildirib.

Musiqişünas Siman Ştreyli isə deyib: “Çox gözəl konsert oldu. Azərbaycan cazını tanımağıma baxmayaraq, bu konsertdə caz-muğamın yeni nüansını kəşf etdim. Əvvəllər bir çox azərbaycanlı pianoçuların konsertində olmuşam. Azərbaycan klassik musiqilərinə heyranam. Azərbaycan musiqilərini çox sevirəm. Ancaq bu axşamkı konsertin xüsusi yeri var. O, insanın qəlbinə toxunurdu. Musiqi alətlərinin qarışığı fantastik olur”.

Tamaşaçı Polin Ferron konsertdə əsl Azərbaycan ruhunun olduğunu, milli çalarların duyulduğunu qeyd edərək, ondan xüsusi zövq aldığını vurğulayıb. Azərbaycan musiqiçilərinin konsertinə böyük məmnuniyyətlə gəldiyini və həmişə olduğu kimi, yenə də xoş təəssüratla qayıtdığını söyləyib.

Konsertin sonunda Azərbaycanın tarixinin və mədəniyyətinin dünyada təbliğində xüsusi rolu olan “İRS” jurnalı fransız cazsevərlərə hədiyyə edilib.

# 2089 dəfə oxunub

Oxşar xəbərlər

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər