AYB Əkrəm Əylislini donosbaz adlandırdı

AYB Əkrəm Əylislini donosbaz adlandırdı
23 dekabr 2013
# 17:27

Azərbaycan Yazıçılar Birliyi yazıçı Əkrəm Əylisli ilə bağlı bəyanat yayıb. Kulis.az həmin bəyanatı təqdim edir:

“Daima ermənipərəst mövqedə duran və son əsəriylə bunu bir daha təsdiq edərək xalqımızın nifrətini qazanmış Əkrəm Əylisli abrına qısılıb xəcalət çəkməkdənsə, yenə qalmaqalla gündəmdə qalmaq həvəsinə düşüb və təbii ki, yenə bunun ən asan yolunu Yazıçılar Birliyi haqqında növbəti yalanlar uydurmaqda görür.

“Azadlıq” qəzetində (21 dekabr 2013) dərc olunmuş müsahibəsində təşkilatımız barədə oxuculara köhnə - yeni yalanlar sırayır. Deyir ki, Xalq yazıçısı İsmayıl Şıxlını vəzifəsindən MK katibi Həsən Həsənov uzaqlaşdırıb. Yaxşı məlumdur ki, H.Həsənov görkəmli yazıçımız İsmayıl Şıxlıya həmişə böyük hörmətlə və rəğbətlə yanaşıb. Yeri gəlmişkən, H.Həsənov o vaxt ideoloji işlər üzrə yox, başqa sahədə katib işləyirdi. Yazıçılar İttifaqının birinci katibi işlədiyi müddətdə İsmayıl müəllimin şəkər xəstəliyi şiddətləndi və yalnız onun özünün israrlı təkidləri nəticəsində vəzifəsini tərk etdi. Bu hadisə Ə.Əylislinin uydurduğu kimi Qurultayda yox, Yazıçılar İttifaqının 1987-ci il 18 iyununda keçirilən Plenumunda baş verdi. Əkrəm də o vaxt indi yazdığı kimi Əylisdə yox, Bakıdaydı, odur ki, heç kəs onu, özü dediyi kimi, xüsusi olaraq Bakıya dəvət etməmişdi. Plenumda Yazıçılar İttifaqının Birinci katibi vəzifəsinə, Anarın namizədliyini ilk olaraq Ə.Əylisli təklif etdi. Bu doğrudur. Bu təklifi İsi Məlikzadə, Tofiq Bayram, İsa İsmayılzadə, və İsmayıl müəllimin özü də dəstəklədi və Anar yekdilliklə Birinci katib seçildi.

Bir müddət bundan əvvəl Ə.Əylisli bütün bunları unudaraq yazırdı ki, Anarın Yazıçılar İttifaqının rəhbəri seçilməsi o vaxt DTK sədri olan Vaqif Hüseynovun təşəbbüsü idi. Indi deyir ki, Anarın namizədliyini MK katibi H.Həsənovun tapşırığı ilə edib. Yaxşı olar ki, Ə.Əylisli heç olmasa özü üçün müəyyənləşdirsin, Anarın namizədliyini irəli sürərkən kimin tapşırığını yerinə yetirirmiş - MK-nın ya DTK -nın.

Bu Plenumdan az sonra Anarın təklifiylə Ə.Əylisli Yazıçılar İttifaqının katibi seçildi. Erməni millətçiləri Qarabağ avantürasına başlayanda və şəxsən Anarı millətçilikdə ittiham edəndə isə Ə.Əylisli Moskvaya “Drujba narodov” jurnalına danos verdi ki, burda yeganə beynəlmiləlçi o özüdür, yazıçı həmkarlarının içində özünü təhna hiss edir və uşaqlıqdan başqa xalqlara öz xalqından çox etibar edib.

Qəzəblənən ictimaiyyət Əylislini nəinki katiblikdən, hətta Yazıçılar İttifaqından çıxarmağı tələb edirdilər. Ə.Əylislinin jurnalda onun sözlərinin təhrif edildiyini deməsini nəzərə alaraq ona qarşı heç bir tədbir görülmədi. Bu hadisədən sonra xeyli müddət yenə Yazıçılar İttifaqının katibi vəzifəsində çalışdı. Vaxtiylə uğurlu nəsr əsərləri yazmış Ə.Əylislinin əsl sifəti və xisləti isə yenə “Drujba narodov” jurnalında dərc etdirdiyi “Daş yuxular”da açıldı.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidməti, 23 dekabr 2013”

# 3009 dəfə oxunub

Oxşar xəbərlər

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

"Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək" - Bəhruz Niftəliyev

10:40 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər