Azərbaycanın ən gözəl şeirini yazan adam

Azərbaycanın ən gözəl şeirini yazan adam
5 iyun 2018
# 10:39

Bir neçə il öncə 20-ci yüzilliyin ən yaxşı şeirinin seçilməsi üçün 100 nəfər tanınmış ədəbiyyat adamı arasında sorğu keçirdik.

Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri qalib gəldi.

Hər cür sorğular, hər cür yarışmalar bir az subyektivdir.

Lakin həm də bir az obyektivlik var bu seçimlərin içində.

Elə bir azərbaycanlı tapılmaz ki, bu şeirdən və ümumən Müşfiq yaradıcılığından ən azı bir misra əzbər bilməsin.

Və elə bir azərbaycanlı tapılmaz ki, onun şeirləri oxunanda, sözlərinə bəstələnən mahnılar səslənəndə mütəəssir olmasın.

Demək, biz canımızda, ruhumuzda Müşfiqdən bir zərrə, bir çınqı daşıyırıq.

Kimisində bu işıq çox, kimisində azdır.

Amma əsas odur ki, var.

Bu gün bu ölməz Azərbaycan şairinin doğum günüdür.

Tanrının bu torpağa bu işıqlı ətasından nə az, nə çox düz 110 il keçir.

İllər keçdikcə Müşfiq dərddən, ağrıdan çox işıq kimi qalır yaddaşımızda.

Anlayırıq ki, on il tez, iyirmi il gec hamı necəsə öləcək.

Əsas bu rəqəmlərin böyük-balacalığı deyil.

Əsas ölümdən sonra insandan bu dünyada qalanlardır.

Və bir ümdə məsələ də var ömür adlı kəşməkeşin içində: Tanrının, ilkin başlanğıcın hüzuruna necə qayıtmaq!

Müşfiq ordan necə saf gəlmişdisə, o cür də qayıtdı.

Və o saflıqdan bu dünyada yalnız işıqlar qaldı.

Tanrı onu elə bir saf ruha çevirdi ki, yer üzünə bir məzarla da nişanəsi qalmadı.

Müşfiq heç vaxt maddiləşmədi.

Heykəli qoyulsa da heykəlləşmədi.

Onun kitabları da kitab olmaqdan daha çox ruhumuzdakı qanadlı sözlərin qəfəsidir.

O sözlər o kitablardan çox, yaddaşımızın kəhkəşanındadır və daima ağ göyərçinlər kimi sağa-sola uçur.

Müşfiqin ən kədərli misraları da ağappaqdır.

Çünki başabaş işığa qərq olub.

Heç vaxt sönməsin, zəifləməsin.

Azərbaycanın bu işığa həmişə ehtiyacı olacaq.

# 3053 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər