Aydın Talıbzadənin romanı təqdim edildi

Aydın Talıbzadənin romanı təqdim edildi
25 aprel 2015
# 12:20

Sənətşünaslıq elmləri doktoru, teatrşünas alim Aydın Talıbzadənin yeni kitabının – “Əbühübb. Monamor” romanının təqdimatı keçirildi. Aprelin 24-də”Aydınlığa doğru” İctimai Birliyində baş tutan tədbiri birliyin rəhbəri Solmaz Əmirli giriş sözü ilə açaraq sözü kitab haqqında fikir bildirmək üçün tənqidçilərə, dramaturqlara, oxuculara verdi.

Dramaturq Əli Əmirli “Əbühübb”ü ədəbiyyatımızda güzəştə ehtiyacı olmayan yeni hadisə kimi qiymətləndirdi: “Bu kitab tam fərqli bir dildə, fərqli bir strukturda yazılıb. “Əbühübb” iki bitkin bir romanın kəsişməsidir. Bu romanı oxuyub biganə qalmaq mümkün deyil”.

Tənqidçi Tehran Əlişanoğlu roman haqqında bir tənqidçi kimi danışmağa hazır olmadığını söylədi: “Əbühübb” haqqında tələsik fikir demək mümkün deyil. Roman fərqli bir dildə yazılıb, hansı ki, onu təhlil etmək üçün hələ də lazımi sözlər, terminlər tapa bilmirəm. Bu kitabın ədəbiyyata çox ciddi dönüş olduğunu söyləyə bilərəm. Yetər ki, insanlar bunu oxusun”

Müzakirə söhbət formatında keçən təqdimatda kitabın müəllifi Aydın Talıbzadə “Əbühübbü” romanını ideyasını çoxdan içində gəzdirdiyini söylədi. O, romanın dil qatları haqqında maraqlı məqamlara toxundu.

Rejissorlar Ramiz Həsənoğlu, Elçin Musaoğlu, yazıçı Təranə Vahid çıxış edərək kitab haqqında fikirlərini söylədilər. Söhbət zamanı romandakı Tuncal obrazının mərhum rəssam Ucal Haqverdiyevə, onun həyatına və şəxsiyyətinə işarə olduğu haqda fikirlər səsləndi.

“Əbühübb.Monamor “Qanun” nəşriyyatında çap olunub. Bu, Aydın Talıbzadənin bir neçə il əvvəl “Azərbaycan” jurnalında çap olunan “Kəpənək modeli 102” romanından sonra ikinci romanıdır. Romanda hadisələr iki dövrdə baş verir: Cingöz xanın yaxınlarından olan Tolti bəy var dövlətini və yaxınlarını itirir. Osufi xanəgahında sonralar şeyx-kəbir olavaq oğlu və eyni zamanda nəvəsi ilə gəlib çıxır. Bu oğlanı dərvişlər Əbühübb adlandırır. Romanın “Monamor” adlanan ikinci hissəində Tuncal adlı sufi dünyagörüşlü rəssamdən bəhs olunur.

# 2258 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər