İlbər Ortaylının imza günü keçirilib

İlbər Ortaylının imza günü keçirilib
18 aprel 2019
# 15:48

Aprelin 18-də “Libraff” kitab mağazasında türkiyəli tarixçi, professor İlber Ortaylının "Türklərin qızıl dövrü" kitabının imza günü keçirilib.

ONA xəbər verir ki, görüşdə ictimaiyyət nümayəndəli, oxucular iştirak ediblər.

İlk olaraq tarix elmləri doktoru, professor Kərim Şükürov çıxış edərək bildirib ki, bura da İlber bəyin vətənidir:" İlbər bəyin "Türklərin qızıl dövrü" kitabı oxucular tərəfindən böyük maraqla qarşılanıb və satılıb. Biz düşünürük ki, bu kitabı yaxın günlərdə yenidən çap edək".

İlber Ortaylı Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib: "Gənclərin tarix oxuduğunu görüb çox sevinirəm. Kitabımın adını mənim naşirim qoyub. Məndən soruşmayın. Mənə görə heç bir millətin qızıl dövrü yoxdur, parlaq dövrü var. Tarixin elə bir dövrü var ki, biz türklər ona möhür vurmuşuq. Bu, 15-16-cı əsrdir. Bu dövrdə də türklər rəqabət içindədirlər. Babrularla Səfəvilər, Səfəvilərlə Osmanlı mübarizə aparır. Onu da qeyd edim ki, bizim üçün qaynaq dil farscadır. Biz İran mədəniyyətini təkamül etdirmişik. İran ədəbiyyatının bütün şairləri həmişə türklərdən çıxıb: Nizami Gəncəvidən tutmuş, Fizuli, Məhəmmədhüseyn Şəhriyara qədər. İranın adını da türklərin qoyduğunu bilirsiniz. Bu, yaxşı addır. Heç kimsə bunun əksini söyləyə bilməz. İranın özü Hafizi bizim qədər şərh etməyib. Sizə bir nümunə deyim. Biz Bosniyanı 16-cı əsrdə alıb müsəlman etmişik. Nizami Gəncəvinin türk olduğunu söyləyirlər, amma türkcə şeiri yoxdur. Biz çox dil bilən xalqıq. Ruscanı ən gözəl danışan millət kimdir desən, deyərəm ruslar deyil, azərbaycanlılarla qazaxlardır. Mən qazaxların parlamentini dinlədim, qazaxlar ruslardan yaxşı danışırlar. Təbii ki, Azərbaycan ziyalıları da rusca gözəl danışırlar. Bu, möhtəşəmdir. Bu, zənginlikdir. Mən bu məmləkəti çox sevirəm. Çünki bura dilini mühafizə etmiş millətdir. Onun üçün mən yazdıqlarımdan mümkün qədər bu dili istifadə edirəm, öztürkcə istifadə etmirəm. Çünki Osmanlıcaya bənzəyir. Bundan çox məmnunam. Gənclərin oxumağından da çox şadam. Hətta orta məktəb şagirdləri də məni oxuyurlar".

Çıxışdan sonra İlber Ortaylı oxucuların suallarını cavablandırıb və kitab imzalayıb.

# 3281 dəfə oxunub

Oxşar xəbərlər

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

15:47 19 sentyabr 2025
"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

"Adəmlə Həvva Yer üzünə qovulduqdan sonra..." - "Həcc gündəliyi"nin gizlin tərəfləri

14:55 19 sentyabr 2025
Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

Qeyri-adi atmosfer cəhdi - Orxan Həsəni oxucunu niyə tanış ədəbi klişelərdən çıxarmaq istəyir?

13:45 19 sentyabr 2025
Məşhur müğənniyə cinayət işi açıldı

Məşhur müğənniyə cinayət işi açıldı

10:54 19 sentyabr 2025
"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

"Baxır, sən o xəzinədən nə "çırpışdıra" biləcəksən..." - 21-ci əsrin ən yaxşı Azərbaycan romanları

14:00 18 sentyabr 2025
Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

Sakura ətirli məhəbbət romanı - Yunis Orucov

17:45 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər