Kimsəsiz adadakı rokçu və 10 kitabı

Kimsəsiz adadakı rokçu və 10 kitabı
19 avqust 2015
# 11:38

Nyu-Yorkda yerləşən “One Grand” Kitab evi yeni marketinq planı hazırlayıb. Elm və sənət dünyasının məşhurlarına “Kimsəsiz adaya düşsəniz özünüzlə hansı kitabları apararsız?” sualı ilə müraciət ediblər. Daha sonra isə məşhurların seçdiyi kitabları şəbəkənin mağazalarının rəflərinə yerləşdirib. Yeni plana aktrisa Tilda Swinton və musiqiçi Carrie Brownstein ilə başlayan kitab evi eyni sualı REM alternativ rok qrupunun solisti Maykl Staypa da verib. Staypın siyahısında Cek Keruakın “Yolda” və Vladimir Nabokovun “Lolita” romanları ilə yanaşı Patti Smitin yaxın vaxtlarda çap olunmuş “Ancaq uşaqalr” kimi kitabları da daxildir.

Maykl Staypın siyahısını təqdim edirik.

Bütün əsərləri, Artur Rembo

Patti Smit sayəsində hələ 16 yaşımda Rembonun bütün əsərlərini oxumuşdum. Hər kəlməsini anladığımı deyə bilmərəm, amma birnəfəsə oxumuşdum.

“Yolda”, Cek Keruak

Bu kitab REM-in ilham mənbəylərindən biridir. Ölkənin hər yerinə ayaq basacaq, xəyallarımızdakı kimi həmişə yollarda olacaqdıq.

“Dalqren”, Samuel Rey Dileni

Dileninin yaratdığı dünyada olduğu kimi gələcəkdə yaşadığımız dünyadan uzaqda istədiyimiz hər bir qadın və kişi ilə sevişə biləcəyik. Nə günah hissi, nə də həyəcan hiss edəcəyik. Eynən yuxularımızdakı kimi.

“Çempionların səhər yeməyi”, Kurt Vonnehut

Yumor və satira ilə Vonnehut sayəsində çalışdım.

“Normal ailələr olmur”, Duqlas Koupland

Məncə bu kitab Kouplandın dövrümüzün öndə gələn futuristlərindən biri olmasının sübutudur.

“Lolita”, Vladimir Nabokov

“Nabokovun incə yumoru, insanlığı qavraması və özünəməxsus dil ilə hördüyü gərginlik...”

“Play It as It Lays”, Joan Didion

Bu kitab məndə heykəllərə və əntiq olan hər şeyə qarşı yaranmış sevginin başlanğıcıdır.

“Four Plays by Aristophanes”, translated by William Arrowsmith

Müəllif və tərcüməçinin açıq-saçıqlığına heyran oldum.

“Salam, kədər”, Fransuaza Saqan

Dərmansız bir dərd, fransız tərzində melanxoliya.

“Ancaq uşaqlar”, Patti Smit

Kitabı oxuyanda elə bildim o cümlələri sanki Smit yox, mən yazmışam, inanılmaz kitabdır.

# 2168 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər