“Xəzər”də Çe Gevara gündəliyi

“Xəzər”də Çe Gevara gündəliyi
26 dekabr 2014
# 17:42

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan “Xəzər” dünya ədəbiyyatı dərgisinin növbəti sayı işıq üzü görüb.

Dərgi Ramiz Rövşənin tərcüməsində Mayakovski və Marina Svetayevanın şeirləri ilə açılır. Zakir Fəxrinin tərcüməsində Ceyms Raytın poeziyasından nümunələr, Afaq Məsudun tərcüməsində İbn Ərəbinin “Məkkə açıqlamaları” əsəri təqdim olunur.

“Nobel kürsüsü” rubrikasında Patrik Modianinin müsahibəsi və “Tanımadığımız qadınlar” romanından parça (tərc. İlqar Əlfi.), “Buker mükafatları laureratları” rubrikasında Piter Kerinin müsahibəsi və “Qərbdə yel dəyirmanı” hakayəsi (tərc. Ülkər Nəsibbəyli), “Servantes mükafatı laureatları” rubrikasında isə Ernesto Sabatonun “Tunel” romanı (tərc. Saday Budaqlı) yer alır.

Rövşən Ramizoğlunun tərcüməsində Çe Gevaranın “Boliviya gündəliyi”, Zahid Sarıtorpağın çevirisində Konistantin Korovinin “Çexovla görüşlərimdən” adlı memuar ədəbiyyatı nümunələri ilə tanış ola bilərsiniz.

“Türk qardaşlarımız” rubrikasında Nəsrin Ərbilin şeirləri (tərc. Tofiq Qaraqaya), “Korifeylər”də isə F.M.Dostoyevskinin “Timsah” hekayəsi (tərc. Etimad Başkeçid), hekayə həvəskarlarına, R.M.Rilkenin, M.Svetayevanın və B.Pasternakın yazışmaları (tərc. Əhməd Oğuz) isə epistolyar janrı sevənləri sevindirəcək. “Səhnə ədəbiyyatı” rubrikasında Aleksandr Mardanın “Müqəddəs Valentin gecəsi” pyesi (tərc. Yaşar.) yer alıb. Dərgidə Milan Kunderanın “Yetmiş üç söz” (tərc. Nəriman Əbdülrəhmanlı) essesi və “Klassik hekayələr” rubrikasından Kamilo Xose Selanın “Blanşar küçəsində sirli qətl” hekayəsi də (tərc. Mahir.N.Qarayev) təqdim edilir.

# 2552 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər