"Ən qısa hekayə"nin qalibləri FOTOLENT

"Ən qısa hekayə"nin qalibləri FOTOLENT
17 yanvar 2014
# 11:05

Kulis.Az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibləri məlum olub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə elan edilib ki, birinci yerin qalibi 39 səslə “Veteran” hekayəsinin müəllifi Vüsalə Məmmədovadır. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 31 səslə Cavid Zeynallı (“Ata”) və 28 səslə Rüfət Əhmədzadə (“Atdılar”) tutub.

Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, millət vəkili Aqil Abbas, yazıçı Afaq Məsud, Lent.az informasiya portalının baş direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib.

V.Mahirqızı bildirib ki, müsabiqə uğurla başa çatdırılıb və istedadı olan gənclər öz potensialını bu müsabiqə vasitəsilə reallaşdırıblar: “Bu müsabiqədən sonra Kulis.az internet dərgisinin istifadəçi sayı iki dəfə artdı ki, bu da müsabiqənin oxucular arasında böyük marağa səbəb olduğunu göstərir. Gələcəkdə Kulis.az yeni layihələrlə oxucuların görüşünə gələcək”.

Tədbirdə çıxış edən Kulis.az-ın baş redaktoru Qan Turalı qeyd edib ki, müsabiqənin Facebook qalibi 3114 “like”la (“Zibanın nağılı”) Mehman Telmanoğludur.

Baş redaktor bildirib ki, Kulis.az mədəniyyət dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər.

Kulis.az müsabiqədə iştirak edən yazıçı Şərif Ağayara da xüsusi mükafat təqdim edib. Tədbirdə “Facebook” sosial şəbəkəsində keçirilən sorğunun qalibi Mehman Telmanoğlu (3114 “like”) və hekayəsi müsabiqədən kənar çap olunan yazıçı Afaq Məsud Kulis.az-ın xüsusi mükafatı ilə təltif olunub.

Kulis.Az mədəniyyət dərgisinin keçən il dekabr 13-də elan etdiyi “Ən qısa hekayə” müsabiqəsində ümumilikdə 472 hekayə çap olunub və iştirakçılar onlayn səsvermə ilə bəyəndikləri 3 hekayəyə səs veriblər.

Birinci yerin qalibi 300, ikinci yerin qalibi 200, üçüncü yerin qalibi 100 manat pul mükafatı ilə mükafatlandırılacaq.

Facebook sosial şəbəkəsində keçirilən sorğunun qalibi isə Kulis.az-ın xüsusi diplomu ilə təltif edilib.

# 8188 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər