İstedada dəstək layihəsi

İstedada dəstək layihəsi
23 oktyabr 2015
# 13:17

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə Azərbaycan Yaradıcılıq Fondunun həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində dörd kitab çap olunub.

Əsas məqsədi Azərbaycan Yaradıcılıq Fondunun maddi-texniki təminatını yaxşılaşdırmaq, Fondun işinin davamlılığını təşkil etmək və bununla da istedadlı insanlara maddi və mənəvi baxımdan dəstək olmaq, onların ictimaiyyətə tanıdılması üçün yeni imkanlar yaratmaqdan ibarət olan layihə öz vəzifələrini uğurla başa vurmaqdadır.

Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi yaradıcı və istedadlı gənclərlə bağlı, həmçinin ahıl yaradıcı insanlara diqqət və qayğı göstərilməsi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsinə vətəndaş cəmiyyəti institutlarının da dəstək verməsi çox vacibdir. Bu səbəbdən Azərbaycan Yaradıcılıq Fondunun yenidən fəaliyyətə başlaması yaradıcı yeniyetmə və gənclərin sağlam, vətənə sədaqət ruhunda böyüməsi, öz istedad və yaradıcılıq potensiallarını cəmiyyətə təqdim etməsi, ahıl yaradıcı insanlara diqqət göstərilməsi, onların həyat və yaradıcılıq təcrübəsinin öyrənilməsi və gənc nəslə öyrədilməsi baxımından çox əhəmiyyətli oldu.

İcra edilən bu layihə nəticəsində Azərbaycan Yaradıcılıq Fondunun ofisi yenidən istifadəyə verildi və yaradıcı insanların rahat şəkildə toplaşacaqları məkana çevrildi.

Qeri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən layihə çərçivəsində gənc istedadların iki şeir və iki nəsr kitabı dərc olunub.

Gənc nasirlər Ömər Xəyyam və İkinci Mahmud, gənc şairlər Fəridə Məmmədova və Alikin müəllifləri olduğu kitablar bu layihə çərçivəsində çapdan çıxmış ilk kitablarıdır.

Qeyd edək ki, kitablar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

# 1965 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər