Qalib HEKAYƏLƏR

Qalib HEKAYƏLƏR
17 yanvar 2014
# 16:51

Kulis.Az “Ən qısa hekayə” müsabiqəsində ilk üç yeri tutmuş müəlliflərin hekayələrini yenidən təqdim edir.

Birinci yer – Vüsalə Məmmədova, “Veteran”

Yataqdan sürüşüb yerə düşdü. Qapıya doğru sürünməyə başladı. Arvadı yenə də getməzdən əvvəl onun “ayaqlarını” qaldırıb şifonerin başına qoymuşdu...

İkinci yer – Cavid Zeynallı, “Ata”

İşə gedəndə günaşırı onlara rast düşürdüm. Ata-bala bəxtəvər-bəxtəvər yol gedirdilər. Yoldaşım çantama meyvə qoyanda, birini mütləq uşağa verərdim. O, gülür, yolda it görəndə üstünə cumub “hürür”, sual verir, tək ayaq üstə hoppanır. Bax, atanın səsi uzaqdan eşidilir: Murad, yıxılarsan, Murad... Uşaq öz kefindəydi: bir-iki, bir-iki. Hərdən atasını yamsılayırdı: Murad, yıxılarsan, Murad...

Çoxdandı yoxuydular. O gün ataya rast düşdüm. Tək ayaq üstə hoppanıb öz-özünə deyirdi: Murad yıxılarsan, Murad, bir-iki... Sonra mənə nə desə yaxşıdır: oğlum öldü, mənə alma vermirsən?

Üçüncü yer – Rüfət Əhmədzadə, “Atdılar”

Atdılar içəri. Elə çox incitmədilər. Eləcə böyrək sızıltıları, ürək ağrıları. Başqa nə ola bilər? Böhtansa da, birtəhər yatıb çıxar. Elə də təhlükəli adam deyil...

Atdılar çölə. Elə çox incitmədilər. Körpəsi ilə küçədə qaldı. Ata evinə getməyəcək, qayınata evi yox... Gec-tez bir yer tapar. İşləməyə kafelər, restoranlar, qalmağa xarabalar az deyil...

Atdılar yuxarı.

– Ayə, kaskanı neynirsən sən canı? Nə sığorta kəməri? Az danış! Demaqoqluq eləmə!..

Atdılar aşağı.

– Bu zirzəmidə qalarsan bir müddət. Uşağı da internata ver, istəyirsən. Nə su? Nə iy? Az danış! Demaqoqluq eləmə!

# 6693 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər