Bu nə dondu, geymisən?

Bu nə dondu, geymisən?
16 oktyabr 2012
# 09:23

***

Bir az da dəli olublar,
Bu dəlilər, axır vaxtlar.
Bir az da bərkdən danışır,
Daha ürəkdən gülürlər
Bu dəlilər axır vaxtlar.

Elə hey nə isə tapıb,
Uşaq kimi sevinirlər.
Xoşbəxtlikdən sərxoş olub,
Adama yanıq verirlər
Bu dəlilər axır vaxtlar.

Yayda günəşdə yuyunub,
Qışda qara bürünürlər,
Bizi uzaqdan seyr edib.
Yaman müdrik görünürlər
Bu dəlilər axır vaxtlar.

***

Ayaq üstdə qırxım çıxdı,
Ölümə də gecikdim.
Nə yaman yatıb qalmışam,
İlimə də gecikdim.

Sizi yoldanmı eylədim,
Bilirdim, işiniz var.
Dəfnimə gələ bilmədim,
Bağışlayın, adamlar.

Durun gedin evinizə,
Yolboyu söyün məni.
Ölsək ağlanmalıyıq biz,

Yaşasaq-söyülməli.

***

Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır,
Qara gözündən, ay qız?

Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə xəstə yatan var,
Sənin üzündən, ay qız?

Bu nə dondu, geymisən,
Məcnun olsa, Leylisən.
Bilirəm, gileylisən,
Alın yazından, ay qız.

Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.

***

Başımda min bir fikir,
Heç biri sən deyilsən.
Yollar qaranlıq və boş,
Ötüb keçən deyilsən.

Bu deyilmi şəhərin,
Niyə yoxdu əsərin,
Qarşıma gələnlərin
Heç biri sən deyilsən.

Hava xoş, payız sərin,
Yenə aramız sərin,
Başıma gələnlərin
Heç biri sən deyilsən.

Ölmüşəm, yox xəbərin,
Hələ də boşdur yerin,
Yasıma gələnlərin
Heç biri sən deyilsən.

***

Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin?
Bu qürbət ölkələrin
qərib gecələrində
Çox uzaq görünürsən.

Xəbərin varmı, Vətən,
Xəbərin varmı, sənin?
Ən gözəl şəhərlərin
Otel pəncərəsindən
Çox uzaq görünürsən.

Vağzal salonlarından,
Hava limanlarından,
Özgə səmalarından
Çox uzaq görünürsən.

Xəbərin varmı, Vətən,
Xəbərin varmı sənin?
Ömrümün ötüb gedən
Uzaq günləri kimi
Çox uzaq görünürsən,
Çox uzaq görünürsən.

# 4799 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər