Şahbaz Xuduoğlu o gün bir söz dedi: “Mən qaranlığa daş atıram”.
Nəşr etdiyi kitablara bu cümləylə işarə edirdi.
O, filantropdur və Azərbaycan oxucusuna atdığı daşları da qaranlıqda seçir.
Avtobusda yol gedə-gedə fikirləşirdim: “Şahbaz Xuduoğlu qaranlıqda kimin başını yarmaq istəyir? Azərbaycanda mütaliə azarından qurtulmaq istəməyən nə qədər insan var ki?”
Gəldiyim nəticə - vur-tut min nəfər. Bir az yuxarı, bir az aşağı ola bilər. Amma məncə, min ən doğru-düzgün rəqəmdir.
Kənardan baxdıqda Facebook boyda şəbəkə, ilk baxışdan, oxuyub-yazanla doludur; sayt yazılarına şərhlər sıraya düzülür, “like”, “comment” də nə qədər desən. Amma bu kütləvi mütaliə azarını ehtiva edirmi?
Əlbəttə, mən hamının, hər kəsin məcburi oxuması fikrindən çox uzağam. Hərənin öz işi, birbaşa məğuliyyəti, başı açılmayan qayğılar yükü var. Amma sənətinin adı oxuyub-yazmaq olan kütlə belə mütaliə əleyhinə peyvənd vurdurursa, bu ölkənin axırı hara gedir?
Mən mütaliəyə tətbiqən “azar” sözünü təsadüfən işlətmirəm. Mütaliə həqiqətən azardır. Və bu xəstəliyin cəmi min sadiq daşıyıcısı var. Sayı 9 milyonu ötən bir xalq üçün bu, sadəcə, kiçik rəqəm deyil, həm də utanc göstəricisidir.
Düşünün, hər milyon nəfərdən təxminən yüz adam mütaliə edirsə və bu rəqəmin hələlik artma şansı yoxdur. Yəni qaranlıq zil qaranlığa çönə bilər, əyilib yerdən daş tapmaq da müşkül olacaq.
Siz necə düşünürsünüz, haqlı deyiləm?..
Başınızı bir yarın...
Min bir... oxucu
Oxşar xəbərlər
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?
15:00
19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid
14:00
18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?
18:41
15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva
18:01
15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?
14:09
15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?
12:00
15 dekabr 2025