Vaqif Sultanlının mühacirət ədəbiyyatı ilə bağlı yeni araşdırması işıq üzü gördü

Vaqif Sultanlının mühacirət ədəbiyyatı ilə bağlı yeni araşdırması işıq üzü gördü
31 may 2023
# 13:34

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının yenicə yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyil. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb. Həmçinin araşdırmaçının İstanbulda yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağrıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.

Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.

Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilib. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılıb, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılıb.

Müəllif kitaba yazdığı “Ön söz”də tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirir: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət heç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qeyri-adi sənət örnəkləri bəxş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.

Müəllifin qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır.

Monoqrafiyanın mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.

AZƏRTAC

# 1898 dəfə oxunub

Oxşar xəbərlər

Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

Ərlərini dəyişərək ictimai ağrını “öz bədənində susdurmaq”... - "Anam məni sevibmi?"

15:30 13 yanvar 2026
Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

12:40 13 yanvar 2026
Varaqları oxunmaq üçün ağrıyan romanlar

Varaqları oxunmaq üçün ağrıyan romanlar

15:00 10 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər