"Bu üç alçağı gizlədənlər sovet yazıçıları sıralarından qovulmalıdır” - Erməni yazıçılarla birgə ittiham edilən azərbaycanlı tənqidçi kimdir?

"Bu üç alçağı gizlədənlər sovet yazıçıları sıralarından qovulmalıdır” - Erməni yazıçılarla birgə ittiham edilən azərbaycanlı tənqidçi kimdir?
24 noyabr 2025
# 12:00

Bu gün məşhur tənqidçi və ədəbiyyatşünas Əli Nazimin doğum günüdür.

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində “Kommunist” qəzetinin 12 sentyabr 1936-cı il tarixli sayında Ş. Abasov adlı müəllifin “Yazıçıların sıralarını saflaşdıralım” adlı məqaləsini təqdim edir.

“İki gündür ki, Azərbaycan sovet yazıçıları ulu Stalinin ən yaxşı şagirdlərindən biri, Zaqafqaziya bolşeviklərinin sınanmış rəhbəri L.Beriya yoldaşın “Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı mübariz məqaləsini hərarətlə müzakirə edirlər.

Sovet yazıçılarının böyük əksəriyyəti həmişə Lenin-Stalinin böyük partiyası və sovet hökumətinin parlaq siyasəti keşiyində möhkəm durmuş, durur və duracaqdır.

Sovet yazıçıları bir səslə, bir dillə, bir ürəklə kontrevolusion Trotski- Zinovyev-Kamenov terrorçu bandasına intəhasız lənət və nifrət yağdırdı.

Yazıçılar kütləsi sovet məhkəməsinin ədalətli qərarını qəlbən təsvib etdi.

Azərbaycan sovet yazıçıları özünütənqidi genişləndirərək, işdə olan səhv, nöqsan və qüsurları ifşa etdilər.

Onlar Azərbaycan sovet yazıçıları ailəsinə soxulmuş panturkist, sinfi düşmən, ikiüzlü, ədəbiyyat ziyançısı Əli Nazimin, nasionalist, kontrrevolusioner, ikiüzlü Tatul Huryanın və Marqar Davtyanın murdar masqasını amansız bir surətdə yırtdılar.

Əli Nazim Azərbaycanda özünün 10 illik “ədəbi fəaliyyəti” müddətində saysız-hesabsız səhvlər buraxmışdır.


O, pereverzevçi, qrupbaz olmuş, Türkiyədə “Türk yurdu” jurnalında panturkist, kontrrevolusion məqalə çap etdirmiş, ədəbi tənqid silahına sarılaraq, onunla istədiyi hədəfi nişan almışdır.

O dəfələrlə tövbə etmiş və səhvlərini düzəltməyə söz vermişdirsə də, lakin bir nəticə çıxarmamışdır.

Sovet yazıçıları özlərinin 9 və 10 avqust iclaslarında Əli Nazim, Tatul Huryanın və Marqar Davtyanın masqasını yırtdılar. Lakin bizcə bu hələ hamısı deyildir.

Ayın 13-də sovet yazıçılarının son iclası olacaqdır. Bu iclas, bu üç alçağa liberallıq edən, onları gizlədən, onların bu qara fəaliyyəti üçün zəmin hazırlayan ikiüzlüləri də amansız bir sürətdə ifşa etməli və sovet yazıçıları sıralarından qovmalıdır”.

QEYD:

Əli Nazim 1937-ci il martın 18-də həbs olunaraq Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə ittiham olunub.

İttihamnamədə deyilir ki, verdiyi ifadələrdə o, əksinqilabi, pantürkist, millətçi mövqedə durduğunu boynuna almışdır.

13 oktyabr 1937-ci il saat 13.25-də başlanmış son məhkəmə iclasında (iclas 13.40-da tamamalanıb) Əli Nazim Azərbaycan SSR CM-nin 69, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə həbs cəzasına məhkum edilib.

1941-ci ildə həbsdə vəfat edib.

1956-cı il iyunun 19-da Əli Nazimin oğlu Ramin Mahmudzadə SSRİ DTK-ə ərizə verərək atasının bəraət almasının mümkünlüyünü xahiş edib. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 19 sentyabr qərarına əsasən 13 oktyabr 1937-ci ildə çıxarılmış hökm ləğv edilib.

# 1520 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər