Azərbaycanın ilk peşəkar "ədəbi agent"i - Cəlil Cavanşir

Azərbaycanın ilk peşəkar "ədəbi agent"i - Cəlil Cavanşir
10 iyul 2023
# 14:39

"C.C Literary Agency" adlı sənət agentliyi fəaliyyətə başlayıb.

Agentliyin rəhbəri yazıçı Cəlil Cavanşirdir.

Kulis.az Cəlil Cavanşirin agentliyin fəaliyyət istiqaməti, məqsədi, vəzifələri haqqında yazısını təqdim edir.

Uzun illərdir nəşriyyatlarla redaktor, tərcüməçi, layihə rəhbəri kimi əməkdaşlıq edirəm. Eyni zamanda “Qanun” Nəşrlər Evinin təşəbbüsü ilə keçirilən “Milli Kitab Sərgi”lərində təşkilatçılardan biri olmuşam.

Redaktor, tərcüməçi və təşkilatçı kimi ciddi təcrübəm var.

Nəşriyyatlarla peşəkar əməkdaşlığım hələ də davam edir.

Onlarla yerli yazıçının və şairin kitabının çapında təşəbbüs göstərmişəm, onlarla şair və yazıçımızın kitabının redaktoruyam. Bacardığım qədər nəşriyyatlarla yazarlar, tərcüməçilər, redaktorlar arasında vasitəçilik etmişəm.

"C.C Literary Agency"-nin də əsas məqsədi bu vaxtacan gördüyüm işləri peşəkar xidmətə çevirməkdir. Eyni zamanda xarici nəşriyyatlarla da əməkdaşlıqlarımızı yerli yazarlarımızın fürsətinə çevirəcəyik.

"C.C Literary Agency" Azərbaycanda ilk peşəkar "ədəbi agent" xidməti göstərən qurum olacaq. Müəlliflərə kitabın hazırlıq prosesinə, redaktəsinə, tərcüməsinə, nəşrinə, satışına, reklamına, marketinqinə dəstək göstərməyi planlaşdırırıq.

Naşirlərlə müəlliflər arasındakı peşəkar münasibətləri tənzimləmək istəyirik. Yazıçılarımızın müəllif hüquqları məsələsində peşəkar dəstəyə ehtiyacı var. Xidmətlərimiz əsasən üç istiqamətdə olacaq:

I - Kitab nəşri və kitabların çapa hazırlanması - Yazıçı və şairlərin kitablarının yerli və xarici nəşriyyatlarda nəşri (Müəlliflər və nəşriyyatlar arasında peşəkar vasitəçilik.) - Əsərlərin peşəkar redaktəsi və korrektəsi. Kitabların peşəkar tərcüməçilər tərəfindən xarici dillərə tərcüməsi

II - Kino və dramaturgiya - Yazıçı, dramaturq və ssenaristlərin əsərlərinin teatr və kino prodüserlərinə təqdim edilməsi. Əsərlərin əsasında ssenarinin yazılması. Peşəkar kino və reklam ssenarilərinin yazılması, kopirayter (copywriter) xidməti - videoçəkiliş və montaj xidməti. Prodüser xidməti

III - Audiovizual xidmət, marketinq və PR - Audio-kitabların peşəkar aktyorlar tərəfindən səsləndirilməsi. Kitab satışının, marketinq və PR işlərinin təşkili. Wikipedia səhifələrinin hazırlanması və idarə edilməsi.

Göstərəcəyimiz bütün xidmətlər bu günə qədər göstərdiyim və dərindən bildiyim sahələrə aid olduğu üçün, bu işi daha peşəkar şəkildə görə biləcəyimizə inanıram. Hələki çox kiçik bir komanda ilə, büdcəsiz işə başladığımız üçün, addım-addım irəliləməyi düşünürük. Təbii ki, həm maliyyə dəstəyinə, həm də dostların mənəvi dəstəyinə ehtiyacımız var. Ancaq əsas hədəfimiz öz bacarığımızla, öz gücümüzə irəliləməkdir. Gələcəkdə komandamızı genişləndirib, peşəkar redaktor, tərcüməçi, korrektor, ssenarist və kopirayterlərlə işləməyi planlaşdırırıq. Qısa müddətdə komandamızın genişlənəcəyinə və imkanlarımızın böyüyəcəyinə inanıram.

# 3547 dəfə oxunub

Oxşar xəbərlər

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət ədəbiyyatı" çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

14:00 21 sentyabr 2026
"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər