Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Səlim Babullaoğlu, şair

Səlim Babullaoğlu, şair

7 iyul 2026
# 15:00

Kulis.az Gülxanı Pənahın “İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni" yazısının ikinci hissəini təqdim edir.

Birinci hissə burada

Şəkillərin pıçıldadığı mətləblər...

Səlim Babullaoğlunun kitabları arasında “İlyas Göçmənin şəkil dəftəri” kitabında toplanan şeirləri, çoxu esse xarakterli olan yazıları ideya, forma və məzmununa görə dəyərlidir. Türkiyəli fotoqraf İlyas Göçmənin albomundakı 40 şəklin hər birinə həsr etdiyi şeirlər həqiqətən də “həmin şə¬killərə poetik illüstrasiyalar” olmayıb, bir növ şəkillərin davamıdır, “kadr arxasında qalan mə¬qam¬ların ini¬kası, obyektivin görə və göstərə bilmədiklərinin ifadəsidir. Və şeirləri oxuduqdan son¬ra bu şə¬killər tamaşaçı ilə başqa cür “danışır”, tamamilə yeni semantik çalarlar qazanır, özgə bir can¬lılıq kəsb edir...”.

Qeyd edək ki, insan obrazı ədəbiyyat və incəsənətdə yaradıcı insanın fərdi təxəyyülünün bədii və estetik düşüncəsinin bu və ya digər şəkildə təzahürüdür. Azər¬baycan poeziyasında insan şəkliylə bağlı poetik nümunə¬lərdə əslində şair, sənətkar insanın gürünüşündən çox onun bu görü-nüşlə bəzən vəhtəd təşkil edən daxili dünya¬sına nüfuz edə bilir. Səlim Babulloğlu insanın daxili əhval ruhiy¬yəsini, insan təxəyyülünün, zaman və insan, təbiət və in¬san, cəmiyyət və insan, İNSAN VƏ HƏYAT fonunda fotoqrafın çəkdiyi şəkillərdən götürdüyü təəssüratına po¬etik don geyindirir. İnsan nədir, Həyat nədir? kimi suallara cavablar vardır: avstriyalı fizik Ervin Şredingerə görə “həyat entropiyanı (enerjinin dönməzliyi) güclən-dirən materiyadır və bu da canlını cansızdan fərqləndirmək üçün yeni imkandır.”

Səlimin İlyas Göçmənin şəkillərindən birinin əsasında yazdığı “Ayasofiya qazisinin fotoqrafa söylədiklərini külək ətrafdakılara da eşitdirmişdi” başlıqlı şeirində əslində fotoqraf bəlkə də bir bədii priyomdur. Fotoqraf qazidən eşitdiklərini qələmə almır, onun şəklini, əksini çəkir. Orda söz yoxdur, orda fotoaparat “öz işini görür”, orada bir insan var. “İnsan bir kitabdır ki, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunur və nə qədər diqqətlə oxunsa da, açılmayan səhifələrin sayı daha çox olur. İnsanın özü isə əksər hallarda öz kitabını oxumaq və dinləmək imkanına malik olmur. O öz nitqi və əməlləri ilə başqaları üçün açılsa da, başqaları tərəfindən oxunsa da, onun içində daha nələr olduğu, sabah nələr etməyə qadir olduğu, bu dünyaya nə kimi bir missiya ilə gəldiyi tam bilinmir… İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir. Bu, onun qismətidir. O ya öz taleyi, qisməti ilə barışmalı və mühitə uyğunlaşmalı, ya da mühiti ¬ kimi çətin bir yola qədəm qoymalıdır ki, bu yol da ancaq daxildən gələn işıqla aydınlaşa bilər”. Lirik şairi o qara eynək altından görə bilmədiyi gözlərdən çox o gözlərin mənsub olduğu insanın daxili aləmi, əhval-ruhiyyəsi, iç dünyası… özünə çəkir.

Səlim Babulloğlu o şəkildən aldığı təəssüratı – fotoqrafa zil¬lən¬miş qara eynəkli Ayasofiya qazisinin şəklindən doğan, bədii təxəyyülündə böyük bir məna verdiyi bu fotonun onda yaratdığı bədii təəssüratı poeziyanın mövzusuna çevirir. Qara eynəkli Ayasofiya qazisinin duruşundan, baxı¬şından – şəkildən şair diliylə, bədii dillə bəhs edir. Bu fikirlərdə bir həqiqət vardır ki, “bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü su¬rətdə çəkinir, öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurma¬ğa çalışır və əslində nə kimi bir materialla işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiy¬yətin, mühitin insana təlqin etdiklərindən uzaqlaşmaq, “xilas olmaq” yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq insanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir.

Lakin insan öz həyat yolunun yeganə qurucusu, özü-özünün tək subyekti deyil. Burada “alın yazısı”nı və ya¬şadığı dövrün və mühitin təsirlərini də nəzərə almaq lazım gəlir. İnsanın bütün həyatı mühitlə dialoqa və ya müca¬diləyə həsr olunur. İnsan, onun yaxın ətrafı, uzaq ətrafı, ictimai mühit, millət, bəşəriyyət – hamısı bir zəncirin halqalarıdır.

Kənar təsirlər arasında insanın genetik koduna, proq¬ramına, missiyasına uyğun gələn, ona təkan verən mütərəqqi amillərlə yanaşı, onu əngəlləyən mürtəce amillər də vardır” (S.Xəlilov).

Səlimin burada oxucusuyla bölüşdüyü İNSAN VƏ HƏYAT mükaliməsi maraqlıdır. Sanki şair də fotoqraf da qazini eynəksiz görmək istəyirmiş. Fotoqrafın çəkdiyi bu şəkil bəlkə də sadə bir şəkil ola bilər. Minlərlə belə şə¬killər görmüşük. Amma Səlim oxucusunu bu qaraeynəkli insa¬nın fəlsəfi dünyasına çəkib aparır. Bu şəkil qarşısında İNSAN-HƏYAT, ağlı qaralı dünyamızın ziddiyyətlərini, əkslik¬lərini vəhdətdə görür. Səlim bədii təəssüratını elə qazinin diliylə verir, sanki qazi fotoqrafa bunları söyləyir və şəklin arxasındakı qazilər də, ətrafdakılar da hər kəs qazinin “söylədikləri ilə” razılaş¬mış kimidir. Bəlkə də fotoqraf qazini qara eynəklə çəkmək istəməyib. Amma çəkib. O şəklə insanın daxili aləmi “çöküb”. “Mühitə qarşı dayana biləcək, ona alternativ ola biləcək yeganə mənbə insanın daxili mənəvi aləmidir. Daxili aləm özü də müəyyən qədər mühitin təsiri ilə formalaşır. Özünü dərk etmək, tanımaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz seçimi ilə nə isə bir iş görmək şansı olmayıb. Daha¬, bu şans bəlkə də olub, amma o bu şansdan istifadə etmək cəsarətini özündə tapmayıb”. (Prof. S. Xəlilov).

Çəkilən bu şəklin sahibi insandır, amma necə insan? Əbu Turxan demiş “İnsan var, dərya kimidir: baş vurdunsa, çıxmaq çətindir; insan var, divar kimidir: qarşı¬nda durur və heç nə görə bilmirsən; insan var ki, şüşə kimidir – dünyanı sənə göstərməyə çalışır; insan var ki, ayna kimidir, səni özünə göstərməyə çalışır”.

Şairin şəkildən ona baxan insana münasibətində bir məqam var; bu qara eynəkli insan mükəmməl insandır, dünyanın od alovunda çıxıb, həyatın hər cür üzünü görüb, bu Əbu Turxanın dediyi o insandır ki, “işığı artdıqca bu fani dünya ona daha qaranlıq görünür. Bu insan bu dünyanın işığını, qaranlığını yaşayıb, yaşadığı dünyaya ona görə “qara eynək arxasından da baxmaq” lazım gəldiyini söyləyir ki,

bütün adamları
və əşyaları – yəni həyatı,
bir-birinə fərq qoymadan
görmək lazımdır qara çərçivədən –
dünyanın özünə ən doğru başsağlığı yazısı
elə dünyanın özüdür;
hər şey-adamlar da, əşyalar da axırda
onsuz da qara çərçivədəki sözüdür...

Həyat bir tablodur. Ağlı, qaralı, qırmızılı, yaşıllı.. rənglər aləmidir. O rənglərin içində insanın məna gəzdiyi detallar var. O detallar insanın yaşadığı həyat tablosuna nəqş olunub, o tabloda insan ömrü, bu dünyada yaşadığı hər şey var; açlıq, səfalət, qanlı, odlu, alovlu müharibələr, ehtiyac, kin-küdurət, qəzəb, nifrət, sevinc, mərhəmət... bu və ya digər şəkildə həyat tablosunun rənglər silsiləsi insanın yaşadığı ömrün hesabatıdır. Məsələn, Zəlimxan Yaqub “Gəl, şəklini çəkim, dünya!” - şeirində bu rənglər dünyasının bütün çalarlarıyla içini açıb-tökür, sözlə portretini yaradır.

Ruhum gəzsin ahəng ilə,
Əlim oynasın rəng ilə,
Çirkin ilə, qəşəng ilə,
Gəl, şəklini çəkim, dünya!

Pəncərə sən, baxan mənəm,
Sularında axan mənəm.
Rəngi rəngə yaxan mənəm,
Gəl, şəklini çəkim, dünya!

Şeirin əsas mövzusu dünyanın ziddiyyətli mahiyyəti və sənətkarın onu dərk edib təsvir et¬mək istəyidir. “Gəl, şəklini çəkim, dünya!” misrasında şair dünyanı olduğu kimi göstərmək istəyir. Gözəlliyi də, çirkinliyi də gizlətmir. Rəssamlıq burada həqiqəti açmaq vasitəsi kimi götürülür.

Dünya mürəkkəb, ziddiyyətli və bəzən ədalətsizdir, amma sənətkar onun həqiqi simasını üzə çıxarmağa çalışır. Ən güclü mesaj budur ki, dünya necədirsə, elə də göstərilməlidir - bütün gözəl¬liyi və çirkinliyi ilə. “Gəl, şəklini çəkim, dünya!” misrasını təkrarı ritm yaradır, ideyanı möhkəm¬ləndirir, sanki bir çağırışdır - Bu, həm də şairin dünyaya “üzünü göstər” deməsidir.

Quzğun kimi leş alansan,
Yeki verib, şeş alansan,
Beş verib, on beş alansan,
Gəl, şəklini çəkim, dünya!

Şeirdə açıq şəkildə ictimai ədalətsizlik və insan xisləti tənqid olunur. “Quzğun kimi leş alansan” misrasında dünya burada acımasız və mənfəətpərəst kimi təsvir olunur.

İblis-mələk, hüri-qilman,
Yarı insan, yarı heyvan.
Gah kafərsən, gah müsəlman,
Gəl, şəklini çəkim, dünya!

Dünyanın təkcinsli deyil, qarşıdurmalar üzərində qurulduğunu görən şair bu ziddiyyətləri gizlətmir, əksinə, onları göstərmək istəyir. “Çirkin ilə, qəşəng ilə”, “İblis-mələk”, “Yarı insan, yarı heyvan”, “Gah kafərsən, gah müsəlman” ifadələri bu ziddiyyətlər sistemini açır.

Bircə bəndə sevirmisən,
Çox saraylar devirmisən.
Məni şəklə çevirmisən,
Gəl, şəklini çəkim, dünya!

Şair bu şeirdə dünyanın ikili və ziddiyyətli təbiətini, insanların əxlaqi problemlərini sə¬nətkarın həqiqəti göstərmək missiyasını çox təsirli şəkildə ifadə edir.

***

Doğrudan da bu həyat “ağ-qara şəkillər kimidir”. Rəng¬lərin insan-əhval ruhiyyəsinə, sağ¬lamlığa və düçün¬cələrə təsiri vardır. Hansı rəngi daha çox sevməyimiz ola bilsin ki, o rənglərin bizdə yaratdığı hisslərdən irəli gəlir.

Və Səlim Babullaoğlu bu dünyada insanı – “bizi o şəkillərdə özünə daha çox qara rəng çəkir” – deyir. Və o “qara” rəngdə nəfsinə hakim ola bilməyənlərin, “özünü xoşbəxt bilən”lərin şərab, çöhrət, hakimiyyət, ehtiras, pul-para ehtiraslarını ifadə etmiş olur. Kənar təsirlər arasında insanın genetik koduna, proqramına, missiyasına uyğun gələn, ona təkan verən mütərəqqi amillərlə yanaşı, onu əngəlləyən mürtəce amillər də vardır: “İnsanı aşağı çəkən qüvvələr sərvət və şəhvət, insanı ucaldan – yaradıcılıqdır”. Başqalarını adətən, əməllərinə görə, yəni gerçəklik müstəvisində tanıyırlar. Özünü isə insan ürəyindən keçən¬lərlə və imkanlarını düzgün qiymətləndirməklə, yəni niy¬yət və imkan müstəvisində tanımalıdır” (S.Xəlilov)

Həyata bir az qara eynək
arxasından baxmaq lazımdır.
Onsuz da həyat ağ-qara
şəkillər kimidir
- deyən şair qara rəngə diqqətimizi dah çox çəkir. “Qara - gücü və bağlılığı təmsil edir. Dünyanın əksər öl¬kələrində qara rəng matəm rəmzi sayılır. Bu rəngi seçən¬lərin qarşı¬sında hansısa problemləri durur, qara bədbinliyi təmsil edir. Qara rəngli geyimlərə üstünlük verən insanlara özünə qapalı, ciddi xarakterə malik, özündənrazı şəxslər daxildir. Qara rəng əsəbləri gərginləsdirib, enerjini tükədir” – deyirlər. Psixoloqların fikrincə, “Qara rəng kədəri, yası təmsil edir. Yas mərasimlərində adətən yas əhval-ruhiyyəsi olduğundan qara rəngli paltarlara üstünlük verilir. Həmçinin “qara çələng” müxalifəti təmsil etmək üçün istifadə olunur. “Xəstələrimiz üçün rəng və formalardan ibarət psixoloji testlərdən faydalanırıq. Bəzi xəstəliklərin aşkarlanmasında rənglərin də mühüm təsiri var. Məsələn xəstələrə müəyyən şəkillər çəkmək təklif edilir. Xəstələr depressiya dövründə tünd tutqun rənglərə, mania dövrlərində isə canlı və açıq enerjili rənglərə üstünlük verirlər”.

Bu da faktdır ki, Qara rəngə bütün dünyada eyni mü¬na¬sibət yoxdur. Məsələn, Yaponiyada xoşbəxtliyi təmsil edir. Araşdırıcılar bu fikirdədir ki, rənglər insanların əhval-ruhiyyəsinə və psixoloji vəziyyətinə müxtəlif cür təsir edir. Bəzi rənglər insanı daha enerjili, fəal və həyəcanlı edir, digərləri isə sakitlik və rahatlıq hissi yaradır. Buna görə rənglərin psixoloji təsiri əsasən iki qrupa bölünür: birinci qrup insanı canlandıran və ruhlandıran rənglər, ikinci qrup isə qəmginlik və narahatlıq hissi yaradan rənglərdir. Məsələn, insan bir müddət qırmızı rəngə baxdıqda onun qan təzyiqi yüksəlir, ürək döyüntüsü və nəfəsalma sürətlənir. Göy rəng isə əks təsir göstərərək qan təzyiqini aşağı salır, ürək döyüntüsünü və tənəffüsü yavaşıdır, insanı daha sakit hiss etdirir.

Təbiət hər fəslində, hər zaman saysız-hesabsız rəng¬lər aləmidir. Bu rənglərin hər birinin de¬mək olar ki, öz adı var. İnsan həyatı boyu bu rənglər aləmini içindədir. Bədii dildə rənglər insan¬ların hisslərini, duyğularını, adət-ənənələrini əks etdirmək üçün işlədilir.

Dünya ədəbiyyatında və Azərbaycan poeziyasında rəngin çoxqatlı simvol kimi rolu danil¬mazdır. Ədəbiyyat insanın daxili dünyasını, hisslərini və cəmiyyətin mənəvi dəyərlərini ifadə edən ən güclü sənət sahələrindən biridir. Bu ifadə vasitələri arasında rənglər xüsusi yer tutur. Rəng yalnız vizual təsvir elementi deyil, həm də dərin semantik və simvolik məna daşıyan poetik vasitədir. Dünya ədəbiyyatında olduğu kimi Azərbaycan poeziyasında da rənglər müxtəlif emo¬sional, fəlsəfi və estetik məzmunların ifadəsində çoxqatlı simvol kimi çıxış edir.

***
Ədəbiyyatda rənglərin simvolikası uzun tarixə malikdir və müxtəlif tədqiqatçılar tərəfindən araşdırılmışdır.

Qərb ədəbiyyatı və rəng simvolikası özünə məxsusluğu ilə seçilir. Romantik və simvolist dövrdə rənglərin poetik funksiyası geniş öyrənilmişdir. Məsələn, alman şair-dramaturqu, mütəfək¬kir və naturalisti Yohann Volfqanq fon Göte “Rənglər nəzəriyyəsi”ndə rənglərin psixoloji və simvolik təsirlərini sistemləşdirir. Ağ rəng saflıq və mənəvi ucalığı ifadə edərkən, qırmızı rəng ehtiras və duyğu gərginliyi ilə əlaqələndirilir. Qara rəng faciə, sirr və kədəri simvollaşdırır.

Şərq ədəbiyyatında xüsusən klassik şərq şairlərinin əsərlərində rənglər ilahi və təbii dünyanı poetik dildə ifadə etmək üçün istifadə olunmuşdur. Məsələn, fars və türk poeziyasında qızılı və yaşıl rənglər ilahi zənginlik və həyatın davamlılığını simvolizə edir. Qara rəng isə ayrılıq və hicranın poetik ifadəsində mühüm rol oynayır.

Azərbaycan klassik poeziyasında rənglər əsasən sevgi və gözəlliyi ifadə etmək üçün istifadə olunmuşdur. Xalq şeirində yaşıl rəng həyatın canlılığını, ağ rəng paklıq və səmimiyyəti, qara rəng isə kədər və ayrılığı simvollaşdırır.

Xalq poeziyasında və aşıq yaradıcılığında da rənglər xüsusi semantik funksiyaya malikdir. Məsələn, yaşıl rəng təbiətin canlılığını və həyatın davamlılığını simvolizə edir. Ağ rəng paklıq və səmimiyyət, qara rəng isə bəzən ayrılıq və kədər anlamında işlədilir.

Müasir Azərbaycan poeziyasında rənglərin istifadəsi daha genişlənmiş, sosial və fəlsəfi məna qatları ilə zənginləşmişdir. Məsələn, qırmızı rəng azadlıq və mübarizə simvolu kimi şeirlərdə geniş istifadə olunur, boz rəng isə daxili boşluq və şəhər həyatının monotonluğunu ifadə edir.

Müasir ədəbiyyatşünaslıqda rənglərin funksiyasına dair müxtəlif yanaşmalar mövcuddur. Bəziləri rəngləri yalnız vizual təsvir elementi kimi qiymətləndirir, bəziləri isə onların poetik sim¬vol kimi çoxqatlı məna daşıdığını vurğulayır. Azərbaycan ədəbiyyatşünasları da rənglərin klassik və müasir poeziyadakı simvolik rolunu araşdırmış, onların milli və universal simvolizmi əks etdirdiyini göstərmişlər.

***
Azərbaycan poeziyasında rənglərin simvolik istifadəsi həm klassik, həm də müasir dövrdə geniş yayılmışdır. Klassik şairlərin yaradıcılığında rənglər əsasən sevgi, gözəllik və ilahi məhəb¬bətin poetik ifadəsində istifadə olunur. Bu poeziyada qara saç, qırmızı dodaq, ağ üz kimi təsvirlər yalnız zahiri gözəlliyi deyil, həm də emosional və estetik məna qatlarını əks etdirir.

Rənglərin poeziyada istifadəsi bir neçə əsas funksiyanı yerinə yetirir:

Təsviri funksiyası – poetik mətnə vizual obrazlılıq gətirir.

Simvolik funksiyası – abstrakt ideyaların və hisslərin ifadəsini təmin edir.

Emosional funksiyası – oxucuda müəyyən psixoloji təsir yaradır.

Estetik funksiyası – poetik mətnin bədii gözəlliyini artırır.

Bu funksiyalar vasitəsilə rənglər poetik dilin mühüm ele¬men¬tinə çevrilir və şeirin mənasını çoxqatlı şəkildə genişlən¬dirir.

Ümumiyyətlə, gördüyümüz kimi, dünya ədəbiyyatında, eləcə də Azər¬baycan poeziyasında rənglər insanda yaradan hisslərin işığında mənalandırılır. “Rəng çoxqatlı simvol kimi, dünya ha¬disəsini şərtləndirən qurumdaxili elementlərin bir ritmdə döyündüyü kosmik harmoniyanın real¬laş¬ma fonu rolunu” oynadığı (Seyfəddin Rzasoy), Dünya mistik təlim¬lərdə, fəlsəfi poeziyada rəng¬lər “eşq yolçusu”nun keçdiyi mərhələlərin-məqamların xüsusiyyətlərinin göstəricisi kimi (“İnsa¬nın lətif çarxlarının rəngi onların enerji dalğalarının tezliyi ilə əlaqədardır”) verildiyi mlumdur.

Bədii mənbələrdə, əsərlərdə də rənglərdən istifadə olunur. Mifoloji mətnlərdə, dastanları¬mız¬da rənglər daha çox kosmoqonik mahiyyət daşıyır. “Rənglər geosimvolik mahiyyətdə oldu¬ğundan, onların dastanda işarələdiyi obyekt və subyektlər də kosmik məkana aiddir. Məsələn, geosimvolikada müxtəlif xalqlarda rənglərin düzülüşü cəhət etibarilə fərqlənmişdir.”1

Məsələn “Yaradılış” dastanında deyilir: “Bir zaman¬lar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən, sudan başqa görünən yox idi. «Ağ Ana» göründü. O, Qara xana «yarat» deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular.”2

Türk mifik təfəkküründə ilkin rənglərin qara və ağ rənglər olduğu məlumdur.

Türklərin kosmoqonik sistemində dörd istiqamət əsasdır. Bu əsas dörd istiqamətin özlərinə məxsus rəngləri (Şimalın rəngi qara, cənubun qızılı, şərqin göy mavisi, bəzən yaşıl, qərbin isə ağdır. Sarı rəng isə dünyanın mər¬kəzinin göstəricisidir) vardır.

“Oğuz Kağan” dastanında Oğuzun və ailəsinin oturması 5 rəngin səmt işarəsinə uyğun ola¬raq həyata keçirilir. Səmavi qadın və onun oğlanları sağda (qərb-ağ rəng), yer qadınından olan uşaqlar solda (şərq-mavi rəng), özü isə mərkəzdə (sarı rəng) oturmuşlar. Alaçığın qapısı açılan səmt qırmızı (cənub), əks tərəfi şimal (qara rəng) sayılırmış. Bu cəhət sisteminin paylanmasını “Kitabi-Dədə Qorqud”da bir neçə boyda müşahidə etmək müm¬kün¬dür.3”

“Kitabi-Dədə Qorqud”, “Oğuz Kağan”, “Manas” das¬tanı və b. türk eposlarında əksini tapmış rənglər müx¬təlif mifik və bədii düşüncənin məhsuludur.

Yazılı ədəbiyyat da rənglər silsiləsinə münasibət fəl¬səfi önəm daşıyır. Məsələn, Nizaminin yardıcılığında. Onun “Yeddi gözəl” əsərində söylənilən birinci nağıl qara rənglə, sonuncusu isə ağ rənglə bağlıdır.
Rəsul Rzanın "Rənglər" silsilə şeirlərini xatırlayaq, bu şeirlərdə rənglərin hər birinin insanın hiss və duyğuları, daxili-əhval ruhiyyəsi ilə həmahəng detalları poetikləş¬dirilir. Bu şeir rənglər üzərindən insanın daxili dünyasını, xatirələrini və duyğularını fəlsəfi şəkildə açmağa çalışan bir mətndir. Müəllif rəngləri sadəcə vizual element kimi yox, psixoloji və mənəvi simvollar kimi təqdim edir.

Ağ, qara, yaşıl, sarı, qırmızı;
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu.

İlk misralarda verilən “ağ, qara, yaşıl, sarı, qırmızı” sıralaması təsadüfi deyil. Bu rənglər həm ən əsas, həm də ən çox emosional yük daşıyan rənglərdir. Müəllif deyir ki, “hərəsi bir sınaqla bağlıdır” - bu fikir rənglərin insan həyatında yaşanan müxtəlif mərhələləri və çətinlikləri simvolizə etdiyini göstərir. Yəni rənglər həyatın metaforik xəritəsinə çevrilir.
Sonrakı misralarda rənglər konkret duyğularla əlaqələndirilir: həsrət, dərd, arzu. Burada maraqlı məqam odur ki, müəllif rəngləri birbaşa adlandırmır, onları oxucunun interpretasiyasına buraxır. Bu isə şeirin çoxqatlılığını artırır. Hər oxucu öz təcrübəsinə əsaslanaraq rənglərə fərqli mənalar yükləyə bilər.
Şeirin əsas ideyası budur ki, dünya necə görünürsə görünsün, onun dərinliyi insanın baxışından və düşüncəsindən asılıdır. Rənglər isə bu dərinliyi açan açarlardır.

Və yaxud, Zəlimxan Yaqubun

Düyməsi var, tilsimi var, zəngi var,
Bir deyil ki, yetmiş yeddi rəngi var.
Talelərlə qovğası var, cəngi var,
Kimdi səni bu qapıdan buraxan?

– misralarında “yetmiş yeddi rəngi var” ifadəsi sözün çox¬saylı məna çalarlarına işarədir. Bu bənd simvolik və fəlsəfi məna ilə yüklənmişdir; burada konkret bir predmet təsvir olunsa da, onun arxasında daha geniş, ümumiləşdirilmiş anlayış dayanır. Şeirin mərkəzində “qapı” obrazı var və bu qapı adi fiziki qapıdan daha çox taleyə, həyata, hətta bəlkə də dünyalararası keçidə işarə edir.

“Düyməsi var, tilsimi var, zəngi var” misrası qapının həm maddi, həm də mistik xüsusiy¬yətlərini göstərir. “Düymə” və “zəng” real dünyaya aid detallardır, yəni bu qapı gündəlik həyatı¬mız¬da qarşılaşdığımız bir şeyə bənzəyir. Amma “tilsim” sözü bu qapıya sirli, sehrli bir qat əlavə edir. Bu da göstərir ki, söhbət sadəcə fiziki məkandan yox, mənəvi və ya metafizik keçiddən gedir.
“Bir deyil ki, yetmiş yeddi rəngi var” misrası çoxqatlılıq və sonsuzluq ideyasını ifadə edir. “Yetmiş yeddi” burada konkret saydan çox, çoxluğu və müxtəlifliyi simvolizə edir. Bu qapı müxtəlif talelərə, müxtəlif dünyalara və ya həyat yollarına açılan bir keçid kimi təqdim olunur. Rənglərin çoxluğu isə həyatın rəngarəngliyini, müxtəlif seçim və nəticələri göstərir.

“Talelərlə qovğası var, cəngi var” misrasında qapı artıq passiv obyekt deyil, aktiv bir qüv¬vəyə çevrilir. Burada talelə mübarizə motivi var. Bu qapıdan keçmək asan deyil, sanki insan öz taleyi ilə üz-üzə gəlir, seçim edir və ya sınaqdan keçir. Bu, insan həyatında dönüş nöqtələrini, qərar anlarını simvolizə edə bilər.

Son misra - “Kimdi səni bu qapıdan buraxan?” - bütün bəndin kulminasiyasıdır. Bu sual həm ittiham, həm də təəccüb ifadə edir. Burada iki əsas məna görünür:
İnsan öz taleyini özü seçirmi, yoxsa onu “buraxan” başqa bir qüvvə var?

Bu qapıdan keçmək icazə tələb edən, nəzarət olunan bir prosesdir.

Beləliklə, bənddəki “qapı” obrazı həyatın keçid nöqtəsini, taleyin sınaqlarını, seçim və məsuliyyət anını, həm də sirli, izahı çətin olan qüvvələri təmsil edir.

Ümumilikdə bu parça insanın həyat yoluna daxil olmasını, taleyin labirintinə düşməsini və bu prosesin həm şüurlu, həm də müəmmalı tərəflərini poetik şəkildə ifadə edir. Burada əsas fikir odur ki, insan həyatdakı keçidlərə sadəcə daxil olmur, o, ya seçilir, ya da buraxılır və bu da taleyin ən böyük sirridir.

Səlim Babullaoğlunun poetik təxəyyülünün hədəfin¬də olan qara rəng şəkildən görünən in¬sanın daxili əhval-ruhiyyəsini qabartmaq üçün şairin istifadə etdiyi bir bədii priyomdur.

o şəkillərdə özünə daha çox
qara rəng çəkir, qara –
ya şərab, ya şöhrət,
ya bizim olmayan qadınlar,
ya hakimiyyət və para.
Yəni həyat da qara eynəkdən görsün
Qarasını da, ağını da gözümüzün.

Bu parça Səlim Babullaoğlu yaradıcılığında rəng simvolikasının, xüsusilə “qara” rəngin fəlsəfi və psixoloji yükünü açan nümunələrdən biridir. Burada qara rəng sadəcə vizual detal deyil, insanın daxili vəziyyətini, həyatla münasibətini və mənəvi seçimlərini ifadə edən əsas bədii vasitəyə çevrilir.

Mətnin əvvəlində qeyd olunur ki, qara rəng “şəkildən görünən insanın daxili əhval-ru¬hiyyəsini qabartmaq üçün” istifadə edilir. Bu fikir çox vacibdir, çünki şair burada zahiri ilə batini qarşı-qarşıya qoyur. Şəkil, yəni donmuş, səthi görüntü - yalnız ilkin təsəvvür yaradır. Amma qara rəng bu görüntünün alt qatını, yəni insanın iç dünyasını üzə çıxarır. Beləliklə, rəng burada psixoloji açar rolunu oynayır.
“Qara rəngli eynək” obrazı isə xüsusi diqqət tələb edir. Eynək dünyanı görmə vasitəsidir və onun rəngi dəyişəndə reallığın qavranılması da dəyişir. Qara eynək burada pessimist, bəlkə də reallığın qaranlıq tərəflərinə meyilli baxışı simvolizə edir. Bu insan dünyanı olduğu kimi yox, daha çox qaranlıq prizmasından görür. Maraqlıdır ki, müəllif qeyd edir ki, bu eynək “az iş görmür”. Yəni bu baxış təsadüfi deyil, insanın dünyagörüşünü ciddi şəkildə formalaşdırır.

Daha sonra gələn misralar qara rəngin konkret assosiasiyalarını açır:

“qara – ya şərab, ya şöhrət,
ya bizim olmayan qadınlar,
ya hakimiyyət və para.”

Burada qara rəng müxtəlif cazibə və ehtiras obyektləri ilə əlaqələndirilir. Bu sadalananlar - şərab, şöhrət, başqasına aid olan qadın, hakimiyyət və pul - insanı cəlb edən, amma eyni zamanda onu mənəvi baxımdan korlaya bilən dəyərlərdir. Yəni qara rəng burada həm cazibəni, həm də təhlükəni ifadə edir. Bu, ikili semantikadır: qara həm istək doğurur, həm də daxili qarışıqlıq yaradır.

Bu kontekstdə qara rəng artıq yalnız kədər və ya qaranlıq deyil, həm də ehtirasın, tamahın və mənəvi sınaqların rəngidir. Şair göstərir ki, insanın daxilindəki “qaranlıq” çox vaxt məhz bu istəklərlə bağlıdır.

Son misralar isə mətnin ideyasını ümumiləşdirir:

“Yəni həyat da qara eynəkdən görsün
Qarasını da, ağını da gözümüzün.”

Burada maraqlı bir paradoks var. Əgər eynək qaradırsa, normalda hər şey qaranlıq görün¬məlidir. Amma şair deyir ki, bu eynək vasitəsilə həm “qaranı”, həm də “ağı” görmək mümkündür. Bu, belə yozula bilər: insan qaranlığı qəbul etmədən işığı tam anlaya bilməz. Yəni həyatın həqiqəti yalnız müsbət tərəflərlə məhdudlaşmır; onun qaranlıq, çətin, bəzən də xoşagəlməz tərəfləri də var və bunları görmək lazımdır.

Beləliklə, bu parçanın əsas ideya xətti belədir:

Qara rəng insanın daxili dünyasının güzgüsüdür.

Qara eynək subyektiv, bəzən qaranlıq baxış bucağını simvolizə edir.

Həyatda cazibədar, lakin təhlükəli olan dəyərlər “qara” ilə ifadə olunur.

Reallığı tam dərk etmək üçün həm işığı, həm qaranlığı qəbul etmək vacibdir.

Ümumilikdə, bu mətn insanın daxili ziddiyyətlərini, istəklərlə mənəviyyat arasındakı mübarizəni və reallığın çoxqatlı təbiətini rəng metaforası üzərindən dərin və təsirli şəkildə təqdim edir.

***

Eyni zamanda qara eynəkli Ayasofya qazisinin Dün¬ya haqqında düşüncələri də Səlimin lirik mə”ninə məxsus¬dur. “Bəzi adamlar öz qəlbini dinləməkdən məqsədyönlü surətdə çəkinir, öz həyat tərzini mövcud sosial normalara, mənəvi prinsiplərə, əxlaqi dəyərlərə uyğun surətdə qurma¬ğa çalışır və əslində nə kimi bir materialla işlədiklərinin fərqinə varmırlar. Lakin bu material insanın istəyindən, arzusundan asılı olmadan irəlicədən verilmiş, başqası tərəfindən yaradılmış bir gerçəklikdir. Elə bir gerçəklik ki, onunla tanışlıq ya meditasiya, ya da fəlsəfi reduksiya zamanı mümkün olur. Hər iki halda insan bütün kənar təsirlərdən, sonradan əldə edilmiş keyfiyyətlərdən, cəmiy¬yətin, mühitin insana təlqin etdiklərindən uzaqlaşmaq, “xilas olmaq” yolu ilə özünə yaxınlaşmağa çalışır. Bu bir azadlıq məqamıdır və bundan sonrakı fəaliyyət ancaq in¬sanın həqiqi Mən-inin realizasiyası kimi həyata keçir” (Sə¬lahəddin Xəlilov). “Mən”dən uzaqlaşdıqca dünya ge¬niş¬¬lənir, genişləndikcə seyrəlir və yadlaşır” (Əbu Turxan).

Həyata bir az qara eynək
arxasından baxmaq lazımdır.

Bir az.

Bu parça Səlim Babullaoğlu poetikasında balans, nisbi baxış və həyatın ikili təbiəti ideyasını əks etdirən yığcam, lakin dərin mənalı bir düşüncədir. Şair burada həm dünyagörüşünü, həm də oxucuya yönəlik bir tövsiyəni poetik dillə ifadə edir.

“Həyata bir az qara eynək /arxasından baxmaq lazımdır. /Bir az.” misrası ilk baxışda pessimist yanaşma kimi görünə bilər. Lakin burada açar söz “bir az”dır. Şair tam qaranlıq baxışı yox, ölçülü, tənzimlənmiş bir skeptisizmi təklif edir. Bu, insanın həyatı yalnız romantik və ya idealist prizma ilə deyil, həm də reallığın sərt tərəflərini nəzərə alaraq dərk etməsinin vacibliyini göstərir. Qara eynək burada kor pessimismi yox, ayıqlığı və aldanmamaq istəyini simvolizə edir.

Ardınca gələn misralar bu fikri daha da genişləndirir:

“Dünya bir az işıqdırsa,
bir az da qaranlıq.”

Bu ifadə həyatın dualist təbiətini vurğulayır. Şair dünyanı təkcə müsbət və ya mənfi kimi təqdim etmir; o, bu iki tərəfin vəhdətindən ibarət olduğunu göstərir. İşıq və qaranlıq burada sadəcə fiziki anlayışlar deyil, həm də yaxşılıq–pislik, sevinc–kədər, ümid–ümidsizlik kimi ziddiyyətli halların simvoludur. Bu yanaşma oxucunu daha real və balanslı düşünməyə çağırır.

“Bir az sülhdürsə, bir az davadır” misrasında isə bu dualizm sosial və insani münasibətlər sə¬viyyəsinə keçir. Həyat yalnız harmoniya və sakitlikdən ibarət deyil; konflikt, mübarizə və gər¬ginlik də onun ayrılmaz hissəsidir. Şair bununla demək istəyir ki, münaqişə də həyatın təbii kom¬ponentidir və onu inkar etmək reallıqdan uzaqlaşmaq deməkdir.

Bu parçanın əsas fəlsəfi yükü ondadır ki, həyat təkqütblü deyil, ziddiyyətlərin birliyidir, in¬sa¬nın baxışı nə həddən artıq optimist, nə də tam pessimist olmalıdır. Reallığı anlamaq üçün həm işığı, həm qaranlığı qəbul etmək lazımdır.

“Bir az” ifadəsinin təkrar olunması isə ritmik və semantik baxımdan mühüm rol oynayır. Bu təkrar ölçü hissini gücləndirir və şairin ifratlardan uzaq durma çağırışını vurğulayır. Yəni burada əsas ideya tarazlıqdır - duyğularda, düşüncədə və həyata münasibətdə.

Ümumilikdə, bu mətn insanı daha yetkin və realist baxışa səsləyir. Şair demək istəyir ki, həyatı olduğu kimi qəbul etmək üçün onu həm işıqlı, həm də qaranlıq tərəfləri ilə görmək lazımdır - amma heç birinə tam qapılmadan, “bir az” məsafə saxlayaraq.

Səlim Babulloğlu
Dünya bir az işıqdırsa,
bir az da qaranlıq.
Bir az sülhdürsə,
bir az davadır.

– deyir. Bu misralar Səlim Babullaoğlu poetik düşün¬cəsində həyatın mahiyyətini qısa, lakin çoxqatlı şəkildə ifadə edən fəlsəfi ümumiləşdirmədir. Burada əsas ideya dünyanın və insan varlığının ziddiyyətlər üzərində qurulmasıdır.

“Dünya bir az işıqdırsa, bir az da qaranlıq” misrası ilə şair reallığın ikili təbiətini ortaya qoyur. “İşıq” burada ümidin, sevincin, aydınlığın, bəlkə də mənəvi saflığın simvoludur. “Qaranlıq” isə əksinə, kədər, qeyri-müəyyənlik, qorxu və daxili böhranları ifadə edir. Şair bu iki anlayışı qarşı-qarşıya qoymur, əksinə, onları bir bütövün ayrılmaz hissələri kimi təqdim edir. Yəni dünya yalnız işıqdan ibarət olsaydı, o, süni və natamam olardı; qaranlıq isə bu bütövlüyü tamamlayan, ona dərinlik verən ünsürdür.

Burada mühüm məqam “bir az” ifadəsidir. Bu söz həm ölçü, həm də balans ideyasını daşıyır. Şair demək istəyir ki, nə işıq mütləqdir, nə də qaranlıq - hər ikisi müəyyən nisbətdə mövcuddur. Bu yanaşma insanı ifrat düşüncədən uzaqlaşdırır və daha realist baxışa yönəldir.

“Bir az sülhdürsə, bir az davadır” misrası isə bu fəlsəfi fikri ictimai və insani münasibətlər müstəvisinə keçirir. “Sülh” harmoniya, anlaşma və sabitliyi simvolizə etdiyi halda, “dava” qarşı¬durma, mübarizə və gərginliyi ifadə edir. Şair burada göstərir ki, həyat yalnız sakitlikdən ibarət deyil; inkişaf, dəyişiklik və hətta özünü təsdiq çox vaxt mübarizə ilə müşayiət olunur. Yəni dava yalnız mənfi hadisə kimi yox, bəzən zəruri proses kimi də anlaşılır.

Bu iki misra birlikdə oxunduqda belə bir fikir formalaşır:

Həyat ziddiyyətlərin harmoniyasıdır.

Müsbət və mənfi anlayışlar bir-birini tamamlayır.

Reallıq yalnız bir tərəfdən baxıldıqda düzgün dərk olunmur.

Şairin dili sadədir, amma bu sadəliyin arxasında dərin fəlsəfi məna dayanır. O, mürəkkəb ideyanı minimal sözlərlə ifadə edir və oxucunu düşünməyə vadar edir. Misraların ritmik quruluşu və paralel sintaksisi də bu fikrin yadda qalmasını gücləndirir.

Ümumilikdə, bu parça insanı həyata daha yetkin, daha tarazlı yanaşmağa çağırır. Şairin mesajı budur: dünyanı olduğu kimi - həm işığı, həm qaranlığı, həm sülhü, həm də mübarizəsi ilə qəbul etmədən onu anlamaq mümkün deyil.

Bu misralara müxtəluf qatdan da yanaşmaq olar. Məsələn, burada əsas ideya həyatın ikili təbiəti, yəni həm işıq, həm də qaranlıq tərəflərdən ibarət olmasıdır. Şair Səlim Babullaoğlu “qara eynək” metaforası ilə çox maraqlı bir baxış təklif edir. Burada “qara eynək” dünyaya bir az realist, hətta bəzən skeptik yanaşmaq deməkdir. Yəni hər şeyi yalnız parlaq, gözəl tərəfdən görmək yox, çətinlikləri, ağrını və ziddiyyətləri də qəbul etmək lazımdır.

“Həyata bir az qara eynək
arxasından baxmaq lazımdır.

Bir az.”

Burada “bir az” ifadəsi xüsusilə vacibdir. Şair tam pessimizmi yox, ölçülü realizmi müdafiə edir. Yəni həddindən artıq optimizm insanı aldada bilər, amma tam qaranlıq baxış da insanı ümidsiz edər

Dünya bir az işıqdırsa,
bir az da qaranlıq.

Bu, həyatın dialektikasıdır; sevinc - kədər, uğur - uğursuzluq, ümid - ümidsizlik. Şair demək istəyir ki, bunlar bir-birindən ayrı deyil, bir-birini tamamlayır.

“Bir az sülhdürsə,
bir az davadır.”

Burada sosial və insani münasibətlərə toxunulur. Həyatda harmoniya olduğu kimi, konflikt də qaçılmazdır. Mübarizə olmadan inkişaf da olmur. Bu şeir parçası bizə öyrədir ki, həyatı olduğu kimi qəbul etmək lazımdır. Həm yaxşı, həm pis tərəfləri görmək insanı daha güclü və hazırlıqlı edir. Tarazlıq – həm düşüncədə, həm hisslərdə – ən doğru mövqedir.

Yəni şairin mesajı belədir: Nə tam qaranlıq düşün, nə də kor-koranə işığa inan - həyat hər ikisinin qarışığıdır.

Bəlkə də şair müharibənin yaratdığı abı-havanı, xao¬su, odlar, alovlar, tüstülər içində ətraf mühitin sakit har¬moniyasını pozan kabusu lənətləmişdir. Amma haray-qış¬qırıqla yox, şəkildən gördüyü o qara eynəkli adam kimi... o da həmin o qara eynəkli adam kimi bilir ki,

Müharibədə oldunsa, əvvəl qanın qaralacaq,
sonra bütün rənglər...
Hər gün səs eşitmək istəyəcəksən: “Yetər!”

Şair o səsin fonunda ən acı gerçəkləri dilə gətirir. Mü¬haribələrin yaratdığı dəhşətli qorxunu, tankların, topla¬rın gurultusundan gözləri bərəlmiş, partlayışlarla birgə in¬sanların dəhşət, qorxu içində haray-qışqırıqlarını...

Amma ən acı gerçəklər
sən demə,
səslə yox, gurultuyla deyilirmiş,
olurmuş: partlayışla, qışqırıqla.

Dünya varına, hakimiyyət ehtirasına, müharibələrə, davalara, döyüşlərə, müharibənin od-alovundan yarıcan çıxan sağ qalan bu şəkildəki insanların çəkdikləri müsibət¬lərə bir yandan şairin təəssüf və kədərini duyuruqsa, o biri tərəfdən müharibələrə insan oğlunun nifrətini, kinini duyuruq. Çünki o davalarda, o döyüşlərdə qara eynəkli qazinin dediyi kimi “uşaqlar ölür, uşaqlar”. O müha¬ribələr insan qəlbinə, içinə elə bir qara qorxu salır ki, “içimizdəki o qara qorxu//heç zaman çıx¬mayacaq” – deyən qazi məhz o davalarda fərq qoymadan məhv olan günahsız körpə¬lərin, uşaqların taleyinə acımış olur. Burada bəlkə də şair Səlimin ümumən humanist qəlbinin istəyidir qazinin arxa fonunda əksləri düşmüş qazilər də daxil olmaqla – ümumilkdə bəşəriyyəti bəlalara düçar edən müha¬ribə¬yə nifrəti ifadə etmək... çünki müharibə sən, mən, o bilməz. Müharibədə haqq tərəfində olan da, günahkarlar da ölür.

Müharibə dünyanın qaranlıq tərəfidir. Müharibə ölümlərə, itimlərə, işıqlı dünyaya qarşı yönəlmiş dəhşətli kabusdir, o kabuslara ona görə “qara eynək arxasından” da baxmaq lazımdır, çünki

əsgərlər qara çərçivəli
kollektiv şəklə bənzərlər
hər hücumdan qabaq;
sən də onlar üçün gözlərində
qaranlıq olan başqa şəkil;
şüşəsində hər kəs öz əksini
görə bilməliydi ancaq.

“Ayasofya qazisi”nin və onun arxasında olan qazi¬lərin göründüyü şəkildə fotoqraf öz dünyasının, şair öz dünyasının mənzərəsini cızıb. Biri fotaoparatıyla, digəri sözüylə. Sözün təsiri daha güclü görünür. Bütün dünya rənglərinin – ana-atası olan ağ və qara rənglər dünyasının harmo¬niyasının bu şəkil əsasında insan qəlbində yaratdığı təbədüllat Səlimin şair duyğularının nəticəsi kimi diqqəti çəkir.
“Ayasofiya qazisinin fotoqrafa söylədiklərini külək ətrafdakılara da eşitdirmişdi” adlı 7 bəndli şeirinin özünü də Səlim intizamsız verir, “sərbəst şeir” adlandırır. Səlimin bu şəkillə bağlı şərhi özü esse xarakterlidir. Yenə şair düşün¬cələri...

Səlim bu şeirində “minör ovqatı və ritmi” görür; post¬moderinizm düşüncəsində “teorik termin” kimi işlə¬dilir minör (italya sözüdür “minere”) “səsləri, kiçik tersiya əsasında qurulmuş akkord əmələ gətirən musiqi ladı (hüzn, kədər əhval-ruhiyyəsi ilə bağlı olan səs boyaları ilə səciyyələnir).

Səlimin poetik düşüncəsində bu dünyanı bəzəyən rənglərə qarşı həssaslıq güclüdür.

***
Səlim Babullaoğlunun “İlyas Göçmənin şəkil dəftəri” kitabı müasir Azərbaycan ədəbiy¬yatında fotoqrafiya ilə poeziyanın uğurlu sintezini nümayiş etdirən mühüm sənət hadisəsidir. Kitabda türk fotoqrafı İlyas Göçmen tərəfindən çəkilmiş qırx fotoşəkil şair Səlim Babullaoğlu tərə¬findən qırx şeirlə müşayiət olunaraq yeni estetik məkan – vizual poeziya yaradır.

Fotoşəkil burada sadəcə təsvir obyekti deyil, poetik düşüncənin başlanğıc nöqtəsinə çevrilir. Şair şəkillərdəki işıq, kölgə, rəng, kompozisiya və insan obrazlarını poetik təfəkkür süzgəcindən keçirərək onların gizli mənalarını üzə çıxarır. Nəticədə foto ilə mətn arasında qarşılıqlı dialoq ya¬ranır və hər iki sənət növü bir-birini tamamlayır.

Əsərdə zaman, insanın tənhalığı, yaddaş, təbiət, həyatın faniliyi, müharibə, sülh və insanın daxili aləmi kimi fəlsəfi mövzular ön plana çıxır. Xüsusilə “Ayasofiya qazisi” obrazı vasitəsilə insan taleyi, həyatın ziddiyyətləri və müharibənin faciələri ümumbəşəri məna qazanır.

Qara rəng yalnız kədər və matəm deyil, həm də insanın daxili ziddiyyətlərinin, ehtiraslarının, həyatın qaranlıq tərəflərinin və reallığa realist baxışın simvolu kimi təqdim edilir. Bu baxımdan rənglər poetik mətnin fəlsəfi qatlarını dərinləşdirən mühüm bədii vasitəyə çevrilir.

Səlim Babullaoğlu Azərbaycan ədəbiyyatında vizual poeziyanın inkişafına mühüm töhfə vermiş, qrafik və vizual şeir ənənəsini müasir bədii düşüncə ilə zənginləşdirmişdir. Onun yara¬dıcılığında söz və təsvir vahid estetik sistem təşkil edir.

Beləliklə, “İlyas Göçmənin şəkil dəftəri” müasir ədəbiyyatda sənətlərarası yaradıcılığın, vizual poeziyanın və estetik eksperimentlərin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. Kitab oxucunu həm görməyə, həm düşünməyə, həm də şəkil ilə sözün birgə yaratdığı çoxqatlı mənaları kəşf etməyə sövq edir. Bu əsər fotoqrafiya və poeziyanın birgə imkanlarının insanın mənəvi dünyasını daha dərindən ifadə edə bildiyini nümayiş etdirir.
.

# 105 dəfə oxunub

Oxşar xəbərlər

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

"İnsanın qarşılaşdığı suallar..." - Hüseyn Cavid niyə bu gün də aktualdır?

12:30 24 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər