“Qeybolma” filminin çəkilişlərinə başlanıldı

“Qeybolma”  filminin çəkilişlərinə başlanıldı
6 iyul 2026
# 14:00

Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Mozg Media Group” tərəfindən istehsal olunan “Qeybolma” tammetrajlı bədii filminin çəkilişlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, filmin quruluşçu rejissoru Emin Əfəndiyev, quruluşçu operatoru Daniel Quliyev, ssenari müəllifləri Nərgiz Bağırzadə və Emin Əfəndiyev, prodüseri isə Zaur Mirzəzadədir. Ekran əsərində baş rolları Hikmət Rəhimov və Günəş Tegin canlandırırlar.

“Qeybolma” – bir qadının yoxa çıxması fonunda bir kişinin daxili dünyasının alt-üst olduğu, sükutun fəryada çevrildiyi sarsıdıcı bir ailə dramıdır.

35 yaşlı bank işçisi Fərhad üçün İlahənin yoxluğu sınağa çevrilir. Fərhad axtarışa çıxdıqca, həm İlahənin, həm də özünün bilinməyən tərəflərini kəşf etməyə başlayır.

Qeyd edək ki, “Qeybolma” layihəsi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin qaliblərindən biridir. Filmin 2027-ci ildə tamamlanması gözlənilir.

# 657 dəfə oxunub

Oxşar xəbərlər

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

Bredli Kuper yeni "G.I. Joe" filminin baş rolunu canlandıracaq

12:00 2 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

12:18 1 oktyabr 2026
Oskar namizədliyinə iddialı filmlər - Siyahı

Oskar namizədliyinə iddialı filmlər - Siyahı

10:21 1 oktyabr 2026
Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

14:00 30 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər