"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

Nağı bəy Şeyxzamanlı, Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəisi

Nağı bəy Şeyxzamanlı, Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəisi

7 iyul 2026
# 12:33

Kulis.az Ülviyyə Lalənin təqdimatında Azərbaycan Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının xatirələrindən bir hissəni təqdim edir.

1916-cı ilin əvvəllərində alman cəbhəsində rus orduları dalbadal məğlubiyyətə uğradılar. Zabit heyətinin çox hissəsi məhv olduğu üçün ruslar Azərbaycandan əsgər istəyir.

Hər kəsin susmaq məcburiyyətində qaldığını görən Gəncə şəhər dumasının üzvü Ələkbər bəy Rəfibəyli susmayıb etiraz edir:

"Hörmətli canişin həzrətləri, yaşım yetmişi keçib. Çara qarşı heç bir düşmənliyimin olmadığını döşümdəki nişandan da anlaya bilərsiniz. Hər yerdə və kimə qarşı olursa olsun açıq danışanları sevirəm. Sizə bir sual verəcəyəm:

Hökumət gizli şəkildə bizim məhv edilməyimizə qərar verib?

Hökumətiniz hansı üzlə bizdən əsgər istəyir? Yüz ildən bəri bizimlə daima əsir kimi rəftar etdiniz. Vətəndaşlığa da qəbul etmədiniz. Qonşularımız olan erməni və gürcülər üçün açdığınız məktəblərin yüzdə birini bizim üçün açmadınız, bizi qaranlıqda saxladınız. Elm, bilik görməyən cahil kütlədən hər şey gözləmək olar. Rejiminiz xalqımıza sevgi yerinə, nifrət aşılamışdır. Əvəzində isə cahil qoyduğunuz xalqdan əsgər istəyirsiniz. Toplayacağınız insanlar bu rejimə nifrət edir. Hətta cəbhədə də əsgərlər sizdən intiqam almaq məqsədilə əllərinə verəcəyiniz silahları özünüzə qarşı çevirəcək, düşmən tərəfə keçəcəklər. Sonra da hökumətiniz istər-istəməz bu hərəkətin hesabını xalqımızdan alacaq" deyir.

Ələkbər bəyin sözlərini dinləyən canişin deyir ki, onda gəlin, sizdən alınacaq əsgərlər cəbhəyə göndərilməsin, arxa cəbhədə istifadə edilsinlər.

Lakin Ələkbər bəy bununla da razılaşmır:

- Əgər arxa cəbhədə istifadə etmək üçün işçi qüvvəsinə ehtiyacınız varsa, bunu elan edin və verəcəyiniz muzdu da bildirin, istəyən gedər".

Ələkbər bəyin sözləri qarşısında fikir yürütməkdə aciz qalan canişin Ələkbər bəydən nə etmək lazım olduğunu soruşur. Ələkbər bəy də bildirir ki siz Qafqazda əsgərlik etməyənlərdən könüllü əsgər toplamağa başlayın.

Bu danışıqlardan bir həftə sonra yalnız Azərbaycandan deyil, Qafqazın digər əyalətlərindən də könüllülər gəlir. Azərbaycanlıların verdiyi bir alay ilə digər Qafqaz əyalətlərinin verdiyi beş alay birləşdirilərək "Dikaya diviziya" adı verilir.

Azərbaycan xalqı kütləvi olaraq müharibəyə cəlb olunmaq təhlükəsindən məhz Ələkbər bəy Rəfibəylinin sayəsində xilas olmuşdur.

Ələkbər bəyin bu təklifi haqqında həm də çara məlumat göndərilir. Çar hökuməti arxa cəbhə üçün işçi qüvvəsini, Rusiya xalqlarından deyil, Çindən gətirtdirir. Müharibə boyunca arxa cəbhədə bütün işləri 200 min muzdlu çinliyə gördürürlər.

1917-ci il inqilabından və çar hökuməti devrildikdən sonra həmin çinlilərin ölkələrinə geri göndərilməsini heç bir təşkilat öz üzərinə götürmür. Fürsəti əldən verməyən Lenin çinlilərdən istifadə edir, onları silahlandırır və "Çeka"ların ixtiyarına verir. Məhz çinlilərin sayəsində bolşevik hakimiyyəti bir qədər də möhkəmlənir. Bununla əlaqədar olaraq rus xalqı belə bir məsəl işlədir:

"Sovet rejimi – yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur".

# 97 dəfə oxunub

Oxşar xəbərlər

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

14:00 4 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

10:00 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər