Xalq şairi zəfər sevincini bölüşdü: “Zaman bizim xeyrimizə dəyişdi”

Xalq şairi zəfər sevincini bölüşdü: “Zaman bizim xeyrimizə dəyişdi”
10 dekabr 2020
# 13:51

“Bu bizim tariximizdə, dünyanın tarixində böyük bir hadisədir”

Bu sözləri Kulis.az saytına “Zəfər günü” hərbi paradı ilə bağlı danışan Xalq şairi Nəriman Həsənzadə deyib. O, Azərbaycanın öz torpaqlarını qəhramanlıqla geri qaytardığını bildirib:

“Əlbəttə, şəhidlər verdik. Allah onlara rəhmət etsin. Qalanların canını sağ eləsin! Prezidentimiz cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində öz heykəlini qoydu. Bu xalq bundan sonra ancaq qələbəyə adət edəcək. Hər kəsi təbrik edirəm.”

Xalq şairi daha sonra əlavə edib:

“Türkiyə ordusunu Bakıda görmək məni çox sevindirir. Prezidentimiz də bunu dedi ki, dünyada belə qardaş, dost olan başqa iki dövlət yoxdur. Mən şəxsən Rəcəb Tayyip Ərdoğana da təşəkkürümü bildirirəm. O da İlham Əliyevlə bərabər bizim fəxri qəhramanımızdır. Heç vaxt bizi tək qoymayıb, xeyirdə də, şərdə də həmişə bizimlə bir yerdə olub. Bunların hamısı tarixə nümunədir. Mən onu vəsf də eləmişəm, ona şeir də yazmışam.

Bundan sonra ancaq irəli getməliyik. Heç kim geriyə qayıda bilməz. Geriyə qayıdan azərbaycanlı deyil. Bu qədər şəhid vermişik, asan başa gəlməyib bu qələbə. Millət dəyişdi, zəmanə dəyişdi. Millət 30 il gözlədi, formalaşdı və nəhayət ki, qalxdı ayağa. Hər şey bizim xeyrimizə dəyişdi. Allah bu xalqı var eləsin!”

# 2797 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər