İsa pis deyildi, amma həvariləri...

 İsa pis deyildi, amma həvariləri...
1 sentyabr 2012
# 04:00
Kulis.az musiqiçi Con Lennonun aforizmlərini təqdim edir.

Həyat – onunla bağlı planlar quran vaxt yanımızdan ötüb gedəndir.

Mən həqiqətən sevginin bizi xilas edəcəyini düşünürəm, hələ də yeganə ehtiyacımız sevgidir.

İstedad – uğura inanmaq bacarığıdır. “İstedadımı birdən kəşf etdim” söhbəti yalandır. Mən sadəcə, işlədim.

Tanrı kədərimizi ölçdüyümüz anlayışdır.

Uşaq olanda anam mənə xoşbəxtliyin həyatın yeganə açarı olduğunu deyərdi. Məktəbə gedəndə mənə “Böyüyəndə nə olmaq istəyirsən” soruşdular. Dedim ki, xoşbəxt olmaq istəyirəm. Onlar mənə sualı başa düşmədiyimi dedilər. Mənsə onların həyatı başa düşmədiklərini dedim.

“Böyük ehtimalla dəlinin biri öldürəcək məni” (1960-cı ildə necə öləcəyi barədə suala bu cavabı verib. Həqiqətən də dediyi düz çıxıb).

12 yaşımda dahi olduğumu və heç kimin bunun fərqinə varmadığını düşünürdüm. Əgər dahi deyə bir şey varsa, onlardan biri mənəm, əgər yoxdursa, onda heç vecimə deyil.

Əslində elə bir iddiamız yoxdur. Sadəcə, mahnı oxuyub əylənirik.

Bütün siyasətçilər Pyer Trüdo (Kanadanın eks baş naziri – red.) kimi olsaydı, dünyada sülh yaranardı.

Sevin, doğrudan da, hər şeyin əvvəli sevgidir.

Əgər hamı başqa bir televizor əvəzinə sülh istəsəydi, indi sülh içində yaşayardıq.

Ucuz biletləri olanlar, əllərinizi bir-birinə vura bilərsiniz? Onlardan başqa hamı zinət əşyalarını cingildətsin. (1963-cü ildə Kraliça Elizabet və Şahzadə Marqaretin də qatıldığı konsertindən).

Antik dövrlərdə doğulsaydım, Romada yaşayardım. Başqa harda yaşamaq olar ki? İndi Amerika - Antik Roma, Nyu-York da Romadır.

Elvisə qədər mənə heç nə təsir etməmişdi. Ondan əvvəl heç nə yox idi.

Ciddiyə almamaq siyasətimizin bir parçasıdır, çünki aydın məsələdir ki qarşımızdakı şəxs zarafatımızı qəbul edə bilmir. Biz gülməliyik, bizim Yoko və Conuq, Martin Lüter Kinq, Kennedi və Qandi kimi ciddi insanlardan daha çox imkanımız var, çünki onların hamısı öldürülüb.

Xristianlıq bitəcək. Məhv olacaq. Onu əbəs yerə müdafiə etmək lazım deyil, mən haqlıyam, düz dediyimi görəcəksiniz. İndi İsadan daha populyarıq, ancaq birinci Rokn Rollun, yoxsa Xristianlığın süqut edəcəyini bilmirəm. İsa pis deyildi, amma həvariləri axmaq və adi adamlar idi. Onların bu qədər canfəşanlığı xristianlığı məhv edir.

Gözü bağlı yaşamaq daha asandır; gördüklərini anlamırsan.
# 2639 dəfə oxunub

Oxşar xəbərlər

İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub

18:35 5 noyabr 2025
"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

"Bu hekayəni Vüqar yox, Süni Zəka yazıb..." - Hekayə müzakirəsi

12:00 5 noyabr 2025
Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

Mətanət Vahid: "Onların başını aşağı salıb razılıqla dinləyəcək çağı deyil..."

11:50 5 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər