Kimdir klassik?
Vəfat etmiş yazıçılar haqda da səxavətlə “klassik” sözü işlədilir.
Süleyman Rəhimov klassikdirmi, o klassikdirsə Mirzə Cəlil də klassik olurmu?
Və yaxud Hüseyn Arif də klassikdirmi?
Bu suallar ətrafında polemikaya tez-tez rast gəlirik.
Biz bu məqalədə kimlərin klassik olduğunu müəyyən etməyəcəyik.
Amma önəmli bir ipucu verəcəyik.
İtalyan yazıçısı İtalo Kalvin 1991-ci ildə kimdir klassik polemikalarından bezdi və yazı masasının arxasına keçdi.
Bir kitab yazdı: “Klassikləri niyə oxumalıyıq?”
Bu kitabda “klassika”nın tərifini verib.
Kulis.az həmin tərifləri təqdim edir.
1. Klassiklər insanların “mən bu kitabı oxuyuram” dediyi yox, “mən bu kitabı təzədən oxuyuram” dediyi əsərləri yazan müəlliflərdir.
2. Klassik əsərlər onları oxuyanlar üçün misilsiz oxu təcrübəsi yaradır, bu əsərlər yenidən oxunması üçün fürsət düşəndə bu fürsəti heç kim fövtə vermir.
3. Klassik əsərlərin hər təkrar oxunuşunda ilk oxunuşdakı kimi yeni kəşflər edirsiniz.
4. Bir klassiki ilk dəfə oxuyanda belə sanki bu kitabı əvvəllər oxumuşsunuz kimi bir təəssürat yaranır.
5. Bir klassikin sözü heç vaxt qurtarmaz, hər dəfə oxuyanda yeni şeylər öyrənərsiniz.
6. Klassikanın ətrafında həmişə tənqid tozanağı olur, amma klassiklər həmişə bu tozanaqdan üst-başları çirklənmədən çıxırlar.
7. Klassik əsərlər haqda mütləq eşitmişik, ya da filmlərini görmüşük, lakin onları oxumağa başladıqda bizə çox orijinal, gözlənilməz və yeni gəlir.
8. Bəşəri olan hər kitab klassikaya aiddir, onların antik bir tilsimlə sehrləniblər.
9. Klassika oxucunun ona qarşı biganə qala bilmədiyi və özünü kitabın içində hiss etdirən kitablara deyilir.
10. Hər klassik yazıçı digər klassiklərdən əvvəl gəlir, lakin onu oxuyanlar bu klassikin digər klassiklər arasında yerini düzgün seçə bilir.
11. Hər bir klassik zəmanənin hay-küyünü dağıdır və heç zaman bu hay-küydə itməz.

Oxşar xəbərlər
Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"
12:00
5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?
12:30
4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud
11:00
4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?
15:30
1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?
16:30
31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid
11:00
30 iyul 2026