Akademik Milli Dram Teatrı Tiflisə gedir

Akademik Milli Dram Teatrı Tiflisə gedir
4 aprel 2013
# 11:40

Akademik Milli Dram Teatrı Tbilisidə qastrol səfərində olacaq. Bu barədə Kulis.az-a adıçəkilən teatrdan məlumat verilib. Qastrol səfəri 4 apreldən 6 aprelə qədər davam edəcək.

Teatr gürcü tamaşaçılara Xalq Yazıçısı Elçinin eyniadlı əsəri əsasında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış “Qatil” tamaşasını təqdim edəcək.

Tamaşa yalnız bir dəfə - 5 apreldə K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

Qeyd edək ki, ötən illər ərzində həyata keçirilən “GUAM-ın teatr məkanı” teatr layihəsi çərçivəsində Akademik Milli Dram Teatrı ilə Gürcüstan teatrları arasında sıx qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub və bir sıra beynəlxalq layihələr həyata keçirilib.

# 1582 dəfə oxunub

Müəllifin son yazıları

# # #