“Missis World -2014” ün qalibi seçildi

“Missis World -2014” ün qalibi seçildi
20 noyabr 2014
# 14:49

Evli qadınların iştirak etdiyi gözəllik yarışmasının qalibi bəlli olub. Bu barədə kulis.az lenta.ru-ya istinadən xəbər verir. ABŞ-ın Meriland ştatında keçirilən finalın qalibi Belarusiya təmsilçisi olan 31 yaşlı Marina Alekseyçikdir. Marina 4 ildir ki, evlidir. Yerli televiziya kanallarından birində aparıcı işləyir.

Müsabiqədə ikinci yeri CAR, üçüncü yeri isə Peru təmsilçisi qazanıb.

“Missis World” müsabiqəsi ilk dəfə 1985-ci ildə keçirilib. Növbəti yarışma gələn il Pekində keçiriləcək.

# 1708 dəfə oxunub

Müəllifin son yazıları

# # #