writer1

Qismət

Məqalə sayı

185
clock11:26 calendar-gray 05 İyun 2020 view-gray5405 dəfə oxunub
view-gray5405 dəfə oxunub

"Divanda da yadıma düşürsən"

Kulis.az Qismətin "Şirinçay mahnılar" yazısını təqdim edir.

Vaxtilə dilimizdə “ara mahnıları” ifafəsi vardı, heç bir sənətşünaslıq təsnifatına ehtiyac duymadan cəmiyyət yüngül mahnılara bu adı özü layiq bilmişdi. Bu, o vaxtlar idi ki, şadlıq sarayları hələ var gücüylə çəngəl-bıçağını musiqi sektoruna batırmamış, zövqümüzə dünəndənqalma mayonez əndərməmiş, eyni diringəni qızdırıb-qızdırıb qulağımıza servis etməyə başlamamışdı. Onda hələ “musiqili meyxana” adlanan bədheybət sənət bulağının qabağını kəsməmişdi, onda hərəsi bir quyuda yaşayan əjdaha müəllimlər zövq almasını oğurlayaraq əvəzinə bir sintezator danqıltısı qoyaraq aradan çıxmamışdı. İndi əjdaha axtaran bütün uzunsaçlar kliplərində ağlamalı sözlərə oynaya-oynaya darıxır, əjdahasını tapanlar isə gülməli sözlərə ağlamsına-ağlamsına sevinirlər...

Ötən günlərdə yutubda trend olan yeni mahnılarımıza qulaq asdım. Mahnıların hamısı eyni qəlibin rəngsiz-ruhsuz, zövqsüz kopyasıdır. Bu mahnıların mütləq əksəriyyəti “an”la bitən meyxana qafiyəsi üstündə yazılıb və toyxanaya hesablanıb. İlk onluqda olan bir neçə mahnının sözlərindən bəzi hissələrə baxaq:

Vəfa Şərifova – Canımsan mənim.

“Səni sevirəm, canımsan mənim,
Hər dəqiqəm, anımsam mənim.

Aşiqinəm, canım-ciyərim,
Şirinimsən, balım-şəkərim,
Sevgidə sənsən şah əsərim,
Romanım, dastanımsan mənim...”

Vəfa xanım əksər kliplərində olduğu kimi, burda da cürbəcür paltarlar dəyişir, BMW sürür və imkan olanda, yaxud yadına “canımsan mənim” dediyi adam düşəndə, maşını qırağa verib rəqs etməyə başlayır. Mahnının sözləri də, musiqisi də Fuad Təqvalınındır. Ümumiyyətlə, bu imzaya bir neçə mahnının altında rast gəldim, deyəsən yeni fenomendir. Məncə, bu mahnını Ağamirzə yazsaydı, qafiyə qurtaranda “adə, karmanımsan mənim” kimi yazardı. Nə isə, başqa bir mahnıya baxaq:

Aysun İsmayılova – Əzizsən. Sözləri və musiqisi yaradıcılığının məhsuldar dövrünü yaşayan Fuad Təqvalınındır.

“Sən mənə candan da əzizsən,
Dünya, cahandan da əzizsən.

...Sənə hər anımla qurbanam mən,
Elə bu canımla qurbanam mən,
Hər zamanımla qurbanam mən,
Deməli zamandan da əzizsən.”

Yenə eyni qəlib, “an” qafiyəsi üstündə yazılmış diringə. Zövq də, məntiq də sürgünə göndərilib. Bu qafiyə ilə nə qədər desəniz, əttökənlik etmək olar, test edək:

“Nə olsun ki, haysan-həşirsən,
Maya buraxıb gözəlləşirsən,
Divanda da yadıma düşürsən,
Deməli divandan da əzizsən...”

Bu mahnının da klipində gözəl-göyçək bir qız qarderobunu eşələyir, bir-iki paltar dəyişir, sonra üzü kameraya dayanıb rəqs-rəqs edə sevgilisini mədh etməyə başlayır.

Son illərin maraqlı tendensiyalarından biri də kliplərdə mahnı sözlərinin subtitr kimi verilməsi, üstəgəl, müğənnilərin kliplərdə mahnının sözlərini jestləriylə də başa salmaq üçün əldən-ayaq getməkləridir. Məsələn, elə Aysun xanım 3 milyon izlənən “Kefimi yaman korlamısan” adlı klipində artıq bizim şou-biznesə virus kimi yayılan qəlibi təkrarlayır, kimsəsiz yolun ortasında rəqs-rəqs edə mahnısı ifadə edir, amma əsas iş budur ki, sözlərin yüngüllüyünə də etibar etmir, əlləriylə də sözləri başa salmaq istəyir, elə bil, qabağındakı sağır-dilsizlər topasıdır. Bu klipdə də xanım müğənni “mənim ürəyimi oğramısan, dilim-dilim doğramısan” deyəndə əlləriylə ürəkdoğrama prosesini göstərir, yəqin mahnının adı “kefimə soğan doğramısan” olsaydı, trasın ortasında ləyən qoyub soğan doğrayacaqdı.

Mən sizə zövqün, aristokrat, alicənab dəyərlərin itməsi haqqında, musiqiylə bağlılığı olan iki türk filmi tövsiyə etmək istəyirəm. Bu filmlər ssenariləri və sənət problematikasına müraciətlərinə görə düşüncəyə yer açırlar. Birincisi, Yavuz Turqulun 1987-ci ildə çəkdiyi “Muhsin bəy” filmidir. Baş rolunu Şənər Şənin oynadığı filmdə İstanbul bəyəfəndisi musiqi təşkilatçısı Muhsin bəyin timsalında Türkiyənin dəyişən sosio-ekonomik şərtlərində göbələk kimi artan ucuz, zövqsüz arabesk musiqisi qarşısında ciddi sənətin ikinci plana düşməsi göstərilir. Kənddən İstanbula, Muhsin bəyin yanına gələn əsgərlik dostunun oğlu Urfalı Əli Nazik (Uğur Yücəl) İbrahim Tatlısəs olmaq istəyir. Dəyərlərin deqradasiyası filmin ən dilsiz, sakit səhnələrindən birində, az qala, pıçıltıyla ifadə edilib: eyni kadrda səliqəli masada əyləşən nahar etməyə hazırlaşan Muhsin bəyi və yerdə özünə çiy köftə yoğuran Əli Naziki görürük...

İkinci film isə 2000-ci ildə çəkilmiş, baş rolunda Mətin Akpınarın oynadığı “Abuzər Kadayıf” filmidir. Bu film eyni problemə fərqli dövrdən və fərqli rakursdan baxır. Filmdə kütlələrin niyə bu cür bayağı, zövqsüz “sənət” nümunələrinə meyl etməsini araşdıran sosioloq-professor bir gün qərara gəlir ki, Abuzər Kadayıf adı altında şou-biznesə atılsın, arabesk ifaçısı olsun. Bu layihəsini həyata keçirib məşhurlaşır, milyoner olur. Professorun məqsədi burdan qazandığı pulla faydalı bir mərkəzi açmaqdır. Film boyu səhnədən düşən maskasını dəyişən professorun universitet auditoriyada baş verənləri şərh etməsini də görürük. Bu maraqlı filmin dramatik finalında çatlamış güzgüdə professorla Abuzər Kadayıfın unudulmaz dialoqu baş tutur...

Qardaş Türkiyədə, təxminən, 20 il ərzində bu cür banallaşmağa, zövqsüzləşməyə hələ mənim bildiyim iki film həsr edilib, elə buna görə də ora da yüngüllüklə yanaşı, ciddi, dəyərli olan qızıl damar itmir, çünki reaksiya var, bizdə isə bu damar itməkdədir...

P.S. Bir link paylaşıram, 26 yaşı olan bu qızı dinləyin, seçdiyi mahnılara, çox diqqətlə həmin mahnıların sözlərinə, öz evində yaratdığı təvazökar konseptlə necə qiymətli işlər gördüyünə fikir verin və imkan varsa, özümüzə danışdığımız yalanlar, özümüzü inandırdığımız əsassız bəraətlər barədə düşünün: https://www.youtube.com/watch?v=L0oFc1tBAug

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020
Nuri Bilge Ceylanın filminə 470 min avroluq dəstək
10:02 19 Oktyabr 2020
Rus aktyor: “Rusiya TV-ləri erməniləri müdafiə edən yalanlar danışır” – Müsahibə
08:58 19 Oktyabr 2020
Azərbaycan bayrağı – Günün şeiri
11:03 18 Oktyabr 2020
Dostu üzünə durdu, şərlənərək həbs olundu, yaddaşını itirdi... - Məşhur yazıçımızdan maraqlı faktlar
16:30 17 Oktyabr 2020
Şərqli atanı cəzalandıran olacaqmı?
15:33 17 Oktyabr 2020
Dağlar buludlardan uca olardı - Rayonu azad olunan şairdən şeir
14:36 17 Oktyabr 2020
Anası Füzulidə, atası Bakıda dəfn olunan aktyor: "Onları qovuşduracağam"
13:51 17 Oktyabr 2020