"The Beatles"in rəsmi saytında müəmmalı taymer

"The Beatles"in rəsmi saytında müəmmalı taymer
29 iyul 2026
# 11:00

"The Beatles" qrupunun rəsmi saytının ana səhifəsində müəmmalı taymer peyda olub.

Kulis.az xəbər verir ki, taymerin altındakı qeyddə "Yaxşı şeylər gözləməyi bacaranlara qismət olur" sözləri yazılıb.

"The Beatles" 1960-cı ildə Liverpulda yaradılmış Britaniya rok qrupudur. Qrupun klassik heyətinə Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starr daxil idi. Qrup musiqi tarixində ən uğurlu kollektivlərdən biri olaraq qəbul edilir. "Rolling Stone" jurnalı "The Beatles"ı bütün dövrlərin ən b[ywk ifaçıları siyahısında birinci yerə layiq görüb. Qrup 1970-ci ildə birgə fəaliyyətini dayandırıb.

2023-cü ilin noyabrında "The Beatles" Con Lennonun hələ 1970-ci illərdə lentə alınmış vokalının yer aldığı "Now and Then" mahnısını yayımlamışdı. Bu, qrupun 1996-cı ildən bəri ilk yeni bəstəsi idi. Səs yazısını süni intellektin köməyi ilə bərpa etmək mümkün olmuş, gitara, zərb alətləri və bas partiyalarını isə Pol Makkartni, Rinqo Starr və Corc Harrison tamamlamışdılar.

"The Beatles" qrupu haqqında

"The Beatles" 1960-cı ildə Böyük Britaniyanın Liverpul şəhərində yaranmış və qısa müddətdə qlobal fenomenə çevrilmiş əfsanəvi rok qrupudur. Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starrdan ibarət dördlük pop və rok musiqisinin inkişafında inqilabi rol oynayıb. Cəmi 10 il fəaliyyət göstərmələrinə baxmayaraq, "Hey Jude", "Let It Be", "Yesterday", "Come Together" kimi onlarla ölməz hitlər yaradıblar. Dünyada bir milyarddan çox albomu satılan qrup həm ticari, həm də tənqidi baxımdan bütün zamanların ən böyük və ən nüfuzlu musiqi kollektivi hesab olunur. 1970-ci ildə qrup dağıldıqdan sonra üzvlərin hər biri uğurlu solo karyera qurub.

# 704 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər