"Bəyaz durnalar" kitabı işıq üzü gördü

 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü
28 iyul 2026
# 15:33

Şair Lalə İsmayılın "Bəyaz durnalar" adlı ilk kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, kitab Birinci Qarabağ müharibəsində itkin düşmüş, məzarları olmayan yeddi qəhrəman polis şəhidimizin əziz xatirəsinə ithaf olunub və onların qəhrəmanlığının, Vətənə sədaqətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.

"Bəyaz durnalar" kitabı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunub. Bu nəşr təkcə bir şeir kitabı deyil, həm də Vətən uğrunda canından keçən qəhrəman polis şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi abidədir. Nəşrin redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Tərlan Musayeva, “Ön söz”ün müəllifi türk yazar Necdet Ekici, üz qabığının müəllifi isə rəssam M. E. Kayserilidir.

Lalə İsmayıl gənc yaşlarından bədii yaradıcılıqla məşğul olur. Onun şeirləri uzun illərdir dövri mətbuatda dərc edilir. Şairin yaradıcılığı müharibənin ağrı-acıları, Vətən sevgisi, yurd həsrəti və insan taleləri ilə yoğrulub. Şeirlərində doğma torpağın gözəllikləri ilə yanaşı, xalqımızın yaşadığı faciələr, şəhidlərimizin müqəddəs xatirəsi və qalibiyyətə aparan mübarizə öz poetik ifadəsini tapıb.

Lalə İsmayılın bu kitabı onun üçün təkcə ədəbi yaradıcılıq nümunəsi deyil, həm də şəxsi ağrısının və müqəddəs xatirənin ifadəsidir. Çünki müəllif "Məzarsız yeddi polis şəhidi"ndən biri olan İsmayıl İsmayılovun doğma bacısıdır. Bu səbəbdən "Bəyaz durnalar" kitabı bir bacının qardaşına, həmçinin onunla birlikdə şəhidlik zirvəsinə ucalmış qəhrəman polis əməkdaşlarına ucaldılmış mənəvi abidə kimi böyük dəyər daşıyır.

Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası ilə nəşr olunub və məzarsız qəhrəman yeddi polis şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq işıq üzü görüb.

# 416 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər