"Oppenheimer" filminin premyerası ləğv olundu

"Oppenheimer" filminin premyerası ləğv olundu
15 iyul 2023
# 16:50

ABŞ-da bütün premyera tədbirləri aktyorların tətili səbəbindən ləğv edilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kristofer Nolanın “Oppenheimer” filmi Hollivudda başlayan ABŞ Kinematoqrafçılar Gildiyası tətilinin ilk qurbanlarından olub.

Ekran əsərində əsas rolların ifaçıları olan aktyorlar Nyu-Yorkda iyulun 17-nə planlaşdırılan filmin premyerasına qatılmaqdan imtina ediblər.

Davam edən tətilə dəstək olaraq, “Oppenheimer” filminin yaradıcı heyəti əvvəlcə planlaşdırıldığı kimi Nyu-York premyerasını keçirməyəcək və bunun əvəzində ekran əsəri sadəcə nümayiş etdiriləcək. Bu barədə “Universal Studios”un rəsmi bəyanatında məlumat verilib.

Qeyd edək ki, ABŞ Kinematoqrafçılar Gildiyasının tətili Hollivudun bütün film istehsalını dayandırıb. Tətil təlimatlarına əsasən, bu müddət ərzində bütün kinostudiyalarda film istehsalı ilə məşğul olmaq qadağandır.

# 2621 dəfə oxunub

Oxşar xəbərlər

Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər