“Kitç – populyar incəsənətdə” adlı tədbir keçiriləcək

“Kitç – populyar incəsənətdə” adlı tədbir keçiriləcək
18 iyul 2023
# 10:56

İyulun 20-də “Artım” layihə məkanında açılan “Müqəssir zövq” qrup sərgisi çərçivəsində “Kitç – populyar incəsənətdə” adlı tədbir keçiriləcək.

Kulis.az xəbər verir ki, müstəqil tədqiqatçı və yazar Cavid Ağa tədbir çərçivəsində incəsənətdə əksini tapan kitç mədəniyyəti, eləcə də onun sosioloji, psixoloji və tarixi inkişaf ardıcıllığı haqqında araşdırmasını təqdim edəcək.

Cavid Ağa “Amerikanın səsi”, BBC, “France24”, “BNE Intellinews”, “TalkRadio” kimi beynəlxalq media resurslarda müstəqil araşdırmaları ilə çıxış edib. Alman filosofu Artur Şopenhauerin "Eristik dialektika" (1831) əsərinin Azərbaycan dilinə tərcüməçisidir. İndiki tədqiqat fokusu Qafqaz albanlarının dilidir.

Keçən əsrin 80-ci illəri bütün dünyanın mədəni həyatında çevriliş etdi: kapitalist Qərbdə kompüterlərin evlərə daxil olması, Şərqi Avropada isə sosialist dövlətlərin süqutu ilə “kitç” həyatımıza daha da yayıldı.

Azertag

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər