Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

Xankəndidə İncəsənət Məktəbi  fəaliyyətə başlayacaq
17 sentyabr 2026
# 09:38

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilərək Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi təsbit edilir. Eyni dəyişikliklə Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbinin də müvafiq hüquqi statusu rəsmiləşdirilir.

Kulis.az xəbər verir ki, Xankəndidə İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə sosial, təhsil və mədəni infrastrukturun bərpasının mühüm istiqamətlərindən biridir. Məktəbin yaradılması uşaqların və gənclərin incəsənət təhsilinə əlçatanlığının təmin edilməsinə, onların yaradıcı potensialının üzə çıxarılmasına və Qarabağın zəngin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.

İlkin mərhələdə məktəbdə 100-dək şagirdin təhsil alması, sonrakı mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur. Tədris musiqi ilə yanaşı, tələbat əsasında incəsənətin digər istiqamətlərini də əhatə edəcək.

Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə olan tələbatın müəyyənləşdirilməsi məqsədilə MyCulture vahid şəxsi kabinetində xüsusi elektron müraciət bölməsi yaradılıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib. Daxil olan müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil edilərək tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.

# 558 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər