Ayaz Salayev: "Kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur"

Ayaz Salayev:  "Kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur"
26 dekabr 2022
# 16:00

Kino ittifaqlarının Azərbaycan filminə heç bir töhfəsi yoxdur.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) katibi Ayaz Salayev deyib.

O bildirib ki, kinomuz pis vəziyyətdədir: “Bu, ortadadır və kino ittifaqlarının Azərbaycan kinosuna heç bir faydası yoxdur. İttifaqların birləşməsi fikri də tez-tez səslənir. Belə bir şey olarsa, mən üzvlükdən imtina edəcəyəm".

Kinoşünas Qarabağ mövzusunda çəkilən filmlərdən də danışıb: "Azərbaycanın 30 il ərzində Qarabağ mövzusuna həsr elədiyi filmləri Ermənistanın çəkdiyi filmlərdən qat-qat güclü və səmimidir. Deyə bilmərik ki, bu filmlər şah əsərdir, yox, amma onlardan daha demokratik və daha səmimidir. Bizim filmlərdə pasifist yanaşma da var, vətənpərvər yanaşma da. Yəni istər yanaşma baxımından, istər mövzu, istərsə də digər yönlərdə bizim filmlərimiz daha yaxşıdır".

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev mətbuata açıqlamasında Azərbaycanda iki kino ittifaqına ehtiyac olmadığını bildirmiş, onların birləşdirilməsini təklif etmişdi.

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər