Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası

Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası
9 noyabr 2026
# 13:03

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş etdirilib.

Kulis.az xəbər verir ki, şəhid analarının və qazilərin də izlədiyi tamaşanın nümayişindən əvvəl Əməkdar artist Nicat Kazımov, şair-dramaturq İlqar Fəhmi çıxış edərək Zəfər Gününün əhəmiyyətindən, qələbənin bəxş etdiyi qürur və xöşbəxtlikdən bəhs ediblər.

Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, təsirli səhnələrlə zəngin, vətənpərvərlik ruhunda hazırlanan Balaca kişilər” tamaşası İlqar Fəhminin eyniadlı əsəri əsasında Əməkdar artist Nicat Kazımov tərəfindən hazırlanıb.

# 319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər