"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir

"Coşqun həzzlə titrəyir hər bir hüceyrəm..." - Eston şairdən erotik şeir
25 sentyabr 2026
# 13:30

Bu gün eston əsilli tanınmış İsveç şairi Marie Underin anım günüdür.

Kulis.az onun "Vəcd" şeirini təqdim edir.

Ah, min bir əzəmətlə parlayır dünyəvi həyat,

ölümün qaranlıq təhlükəsi belə məhv edə bilməz bunu,

mən könüllü bir məhbus kimi

təslim oluram sevincə,

heç vaxt dostluq etməmişəm ehtiyatlı riyakarlarla...

və çalxalanan mavi-yaşıl dalğa

necə dəniz köpüyü törədirsə,

mənim də yaşıl ipəklərim eləcə dalğalanır...

və hər şey son oyuncağına qədər soyunub-tökülür,

vəcdə tutularaq təslim olur duyğularım...

niyə çiçək işıqda şıltaqlıq edir?

mavi üfüq öz sərhədinə çəkir məni?

bədənim də onların təbiətinə və nizamına tabedir-

coşqun həzzlə titrəyir hər bir hüceyrəm...

və sanki günlərim ömürdən daşıb-tökülür,

həyatımın son xəzinəsini də fəda edirəm bu vəcdə...

Rus dilindən sətri tərcümə: Aydan Ağayeva

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər