"Particle6" studiyası tərəfindən yaradılan mübahisəli süni intellekt "aktrisası" Tilli Norvud ilk tammetrajlı "Misaligned" filminin təqdimatı zamanı canlı efirdə böyük texniki nasazlıqla üzləşib.
Kulis.az xəbər verir ki, "Piers Morgan Uncensored" proqramında aktyor Tom Konti və Pirs Morqanın suallarını cavablandıran virtual avatar gözlənilmədən ingilis dilindən kantonca (Çin dilinin dialekti) danışmağa başlayıb.
İnsident sosial mediada sürətlə yayılaraq 14 milyondan çox baxış toplayıb.
Hollivudun "SAG-AFTRA" aktyorlar qildiyası insan əməyini və aktyorluq sənətini dəyərsizləşdirən bu cür süni intellekt avatarlarına qarşı kəskin etirazını bildirib.
Xatırladaq ki, səhnə təcrübəsi və hissləri olmayan Tilli Norvudun mart ayında çıxardığı "Take The Lead" klipi də kino və musiqi tənqidçiləri tərəfindən böyük tənqidlərlə qarşılanmışdı.
Süni intellekt aktrisası "nasazladı"
Müəllifin son yazıları
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal
17:30
25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası
17:15
25 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?
17:00
25 sentyabr 2026