Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi
7 noyabr 2026
# 13:18

Rusiyanın Xalq artisti Lidiya Fedoseyeva-Şukşina vəfat edib.

Kulis.az xəbər verir ki, 88 yaşlı sənətkar oktyabrın 11-də ürək çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib.

Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib və karyerası ərzində onlarla filmdə rol alıb.

Aktrisa “Sverstnitsı”, “12 stul”, “Sən heç yuxuda da görməzdin...”, “Demidovlar”, “Vivat, qvardiyaçılar!” filmlərində və “Peterburq sirləri” serialında çəkilib.

Ona geniş şöhrət qazandıran ekran əsərləri həyat yoldaşı, yazıçı və rejissor Vasili Şukşinin filmləri — “Peçki-lavoçki” və “Kalina krasnaya” olub.

# 370 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər