AYB sədrliyinə namizəd: “Mən oyuncaq deyiləm”

AYB sədrliyinə namizəd:  “Mən oyuncaq deyiləm”
13 iyun 2014
# 12:43

Kulis.Az Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə namizəd, şair-tərcüməçi Elxan Zalın eksklüziv müsahibəsini təqdim edir.

- Elxan bəy, namizədliyinizi irəli sürmək ideyası hardan yarandı?

- Mən neçə illərdir AYB-də islahatlar aparılması üçün çalışıram. Hətta xüsusi islahatlar paketi də hazırlamışam. Ancaq bu, kosmetik dəyişikliklər yox, struktur islahatlarıdır. Təəssüf ki, indiyədək heç bir ciddi nəticə əldə edə bilməmişəm. Halbuki, xeyli tərəfdarı var bu islahatların. Buna görə, namizədliyimi verməyi qərara aldım. AYB sədri olsam, təbii ki, bu islahatları asanlıqla həyata keçirərəm.

- Doğrudan sədr olacağınıza inanırsınız?

- Niyə də yox?! Ən azı buna cəhd eləməliyəm, yoxlamalıyam vəziyyəti. Prezident seçkilərində belə alternativlər olur. Burda niyə olmasın? Onu da deyim ki, mən yeganə AYB namizədiyəm ki, konkret proqramla çıxış edirəm. 3-4 nəfəri vəzifədən çıxarmaqla ciddi heç nəyə nail olmaq olmaz.

- Demək istəyirsən ki, indiyədək Anarın heç vaxt proqramı olmayıb?

- Anar hələ namizədliyini verməyib (müsahibə bir az əvvəl götürülüb – red.). Deyir, qurultayda açıqlayacam. Başqa namizəd isə yoxdur. Hər halda heç kəs, heç nə demir. Məndən başqa...

- Torpağı sanı yaşayasınız, rəhmətlik Akif Səməd də namizədliyini irəli sürmüşdü bir dəfə, hətta qazaxlı qədəh dostları belə ona səs vermədilər. Eyni aqibətdən qorxmursunuz ki?

- Akif Səməd böyük şair idi, ancaq təşkilatçı adam deyildi. Mən iki təşkilatın rəhbəriyəm. Mahmud Kaşğarlı Fondu 10 ildir ki, AYB ilə məhsuldar əməkdaşlıq edir. Məncə, müqayisə doğru deyil.

- Bir də bir tendensiya var ədəbi cameədə: deyirlər, Elxan Zal Anarla razılaşdırılmış yalançı namizəddir. Yəni, altenativ xatirinə oyun oynayır...

- Tanıyanlar bilir ki, mən heç vaxt oyuncaq olmamışam. Həmişə müstəqil hərəkət eləmişəm, sərbəst olmuşam. Mənim islahatlar paketim bir il əvvəldən hazırdır.

- Anar namizəd olsa, şanslarınızı necə görürsünüz?

- Ən azından qurultayda öz təkliflərimlə çıxış etmək şansım olacaq, niyə yararlanmayım?

- Aydındır. Sizə uğurlar arzu edirik.

- Sağ olun.

# 2285 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #